07/08/2020 01:39
728 x 90

85 min manatlıq domofon avadanlıqları oğurlamışdılar - Yasamalda... - FOTO

img

PaytaxtınYasamal rayonunda yerləşən şirkətlərdən birinin anbarından oğurluq edilib. Hadisə zamanı şirkətə məxsus 85000 manat dəyərində çoxmərtəbəli binalarda quraşdırılan domofon və siqnalizasiya avadanlıqları naməlum şəraitdə oğurlanıb. Şirkət rəhbərliyi polisə müraciət edərək hadisə barədə məlumat verən kimi cinayəti törədən şəxslərin axtarışlarına başlanıb.

Yasamal Rayon Polis İdarəsi və 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində həmin cinayəti törətmiş şəxslərin əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş, Bakı şəhər sakinləri ElçinPənahov və Sakit Ələkbərov olduğu müəyyən edilib. Hər iki şəxs şübhəli şəxs qismində tutulub.

Bundan başqa, saxlanan zaman E.Pənahovun üzərindən qanunsuz olaraq əldə etdiyi 0,670 qram narkotik vasitə heroin də aşkar olunaraq götürülüb. Anbardan oğurlanmış əşyaların bir hissəsinin yeri isə müəyyən edilərək cinayət işi üzrə maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb və şirkət sahibinə geri qayrtarılıb. Hazırda dəstə üzvlərinin digər analoji cinayətlərdə iştiraklarının olub-olmaması istintaq yolu ilə araşdırılır.

Faktla bağlı hər iki şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb, istintaq əməliyyat tədbirləri davam etdirilir. Bu şəxslərin əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

Son xəbərlər