27/01/2020 07:28
728 x 90

Kredit alıb qaytarmayan vəzifəli şəxsin 800 min manatlıq əmlakına həbs qoyuldu

img

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə “UNİMARK SYSTEMS” MMC-nin təsisçisi və direktoru Rövşən Əhmədovun Cəmiyyətin baş mühasibi Rauf Xəlilovla əlbir olmaqla MMC-nin 2012-ci il üçün fəaliyyəti ilə bağlı Vergilər Nazirliyinə təqdim etdiyi mənfəət vergisinə dair bəyannamənin məzmununa bilə-bilə şişirdilmiş yalan məlumatlar daxil etdiyi, kredit sifarişini öz imzası və cəmiyyətin möhürü ilə təsdiq edib 2013-cü ildə hazırda ləğvetmə prosesində olan “Texnikabank” ASC-nin “Muğan” filialına təqdim edərək bankla aralarında bağlanmış kredit müqaviləsi  əsasında 447 min manat məbləğində kredit vəsaitini götürdüyü, həmin kredit vəsaiti üzrə 266 min manat məbləğində pul vəsaitini qəsdən ödəməyərək “Texnikabank” ASC-nin qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurduğuna dair əsaslı şübhələr müəyyən edilib.

R.Əhmədov və R.Xəlilov Cinayət Məcəlləsinin 195.2 (qanunsuz kredit alma külli miqdarda ziyan vurduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə R.Əhmədovun 808 min manat məbləğində əmlakı üzərinə həbs qoyulub və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib.

Respublika Prokurorluğu bu kateqoriyadan olan cinayətlərin törədilməsinə şərait yaradan halların müəyyən edilərək aradan qaldırılması və bu sahədə baş verəcək neqativ halların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi istiqamətində zəruri tədbirlərin davam etdiriləcəyini bəyan edir.

Son xəbərlər