18/11/2019 10:35
728 x 90

17 cinayətin üstü bir gündə “isti izlərlə” açıldı…

img

Noyabrın 4-dən 5-dək Respublikanın daxili işlər orqanları gün ərzində törədilmiş 17 cinayətin üstünü “isti izlər”lə açıb. 

Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.   

Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.  

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanıb.

Natiq CAVADOV
DİN Mətbuat Xidmətinin əməkdaşı

Son xəbərlər