Bakı Apelyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, sabiq deputat Dünyamin Xəlilov və digərlərinin apelyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib. Məhkəmədə Vergilər Nazirliyi mülki iddia ilə çıxış edib.
“Trend”in məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Departamentinin nümayəndəsi bildirib ki, C.Hacıyev və D.Xəlilova məxsus "Aztorq" şirkəti 2011-2014-cü illərdə 1 milyon 752 min manat vergidən yayınıb. Nazirlik əməkdaşı qeyd edib ki, onlar apelyasiya şikayəti verərək həmin mülki iddianın təmin olunmasını istəyir.
Təqsirləndirilən şəxslərin vəkilləri isə çıxışlarında hökmün ləğv edilməsini və bəraət verilməsini istəyiblər.
İş üzrə növbəti proses noyabrın 25-ə təyin edilib.