DİN Mətbuat Xidmətinin Şirvan şəhər Regional qrupundan verilən məlumata görə, oktyabrın 28-də Hacıqabul rayonu Muğan qəsəbə sakini Şöhrət Zeynalov Hacıqabul RPŞ-yə ərizə ilə müraciət edərək, ona məxsus mağazadan 450 manat pulun oğurlanması ilə bağlı məlumat verib.
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Famil Zeynalov saxlanıb.
Bununla yanaşı, rayon ərazisində vətəndaşa məxsus nar bağından oğurluq etməkdə şübhəli bilinən Hacıqabul rayonu Axtaçı-Şirvan kənd sakini Davud Heydərov, restoranların birindən su borularını oğurlamaqda şübhəli bilinən rayon sakini Vüsal Şiralıyev saxlanıb.
Faktlarla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.
Toğrul NƏSİRLİ polis baş leytenantı