DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki Regional qrupundan verilən məlumata görə, Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədilə əməliyyat tədbiri həyata keçirilib.
Belə ki, Sabirabad rayonu Qarağac kənd sakini Elsəvər Nəsirov qanunsuz olaraq odlu silah saxlamaqda şübəli bilindiyi üçün Hacıqabul rayonu ərazisində saxlanıb. Ona məxsus avtomobildən 1ədəd “İJ-52” markalı müvafiq sənədləri olmayan ov silahı aşkar edilərək götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.
Toğrul NƏSİRLİ polis baş leytenantı