İyulun 28-də Ağdaş rayon sakini N.Ə Ağdaş RPŞ-yə ərizə ilə müraciət edərək, evindən 5000 manat dəyərində məişət əşyalarının oğurlandığını bildirib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında Rayon Polis Şöbəsi əməkdaşlarının “isti izlərlə” keçirdiyi əməliyyat istintaq tədbirləri nəticəsində oğurluq hadisəsini rayon sakini Əlibaba Şirinovun törətdiyi müəyyən edilib. Ə.Şirinov şübhəli şəxs qismində saxlanaraq Polis Şöbəsinə gətirilib və dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.
Mahir MƏSİMOV DİN Mətbuat Xidmətinin əməkdaşı