Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyəsi, kultivasiyası, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirlərini davam etdirir.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Balakən RPŞ əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayonun Meşəşambul kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 2 tondan artıq olan ümumilikdə 3254 ədəd narkotik tərkibli çətənə bitkisi müəyyən edilərək müvafiq qaydada məhv edilib.
Mahir MƏSİMOV DİN Mətbuat Xidmətinin əməkdaşı