Paytaxtın Binə qəsəbə sakini olan qadın Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək, fevralın 6-da evindən qızıl əşyalarının oğurlanmasını bildirib.
Polis əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri ilə oğurluğun ev sahibinin yaxın qohumu Bəxtiyar Zabitov tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o, saxlanılıb.
Ətrafında aparılan tədbirlərlə B.Zabitovun digər cinayət əməllərinin də üstü açılıb. Onun ötən ilin noyabr ayından cari il fevralın 13-dək olan müddətdə həmin qəsəbədə 11 evdən pul, elektrik naqilləri, su nasosları, təmir-tikinti alətləri, inşaat materialları, qızıl və məişət əşyaları oğurladığı da müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı