Yanvarın 27-də Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Rauf Mirzəyev yanvarın 24-də axşam saatlarında Biləcəri qəsəbəsi ərazisində tanımadığı 2 nəfər tərəfindən döyüldüyünü və üzərində olan 740 manat pulunun alındığını bildirib.
Faktla bağlı cinayət işi başlanıb.
Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanıb və quldurluğu törətməkdə şübhəli bilinən şəxslər qısa vaxtda müəyyən edilib. Paytaxt sakinləri Əhliman Abbasov və Samir Əzimov polis əməkdaşları tərəfindən saxlanıblar.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı