Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Hökməli qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əmrulla İsmayılov saxlanıb. Baxış zamanı onun üzərindən heroin aşkar edilib.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun digər cinayətlərinin də üstü açılıb. Ə.İsmayılovun ötən ilin sentyabrından cari il yanvarın 25-dək olan müddətdə rayon ərazisində 10 avtomobildən maqnitofon və akkumulyator oğurladığı da müəyyən edilib.
Faktlarla bağlı cinayət işi başlanıb.
Natiq CAVADOV DİN MətbuatXidmətinin əməkdaşı