Polis orqanları tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması, həmçinin qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat tədbirləri davam etdirilir.
Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi belə tədbirlər zamanı 5 nəfər saxlanıb, onlardan ov silahları götürülüb.
Belə ki, rayonun Cəfərli kəndi ərazisində qanunsuz ov edən 3 nəfər saxlanıb. Araşdırmalarla onların Kəndoba kənd sakinləri Zaur İbadov, Qahir İbadov və Ramazan Məhəmmədli olduqları müəyyən edilib. Onlardan adı “Qırmızı kitab”a düşmüş, ovlanmış 4 bəzgək quşu və ümumilikdə 3 ədəd, ikisinin müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngləri götürülüb.
Hacıqədirli kəndinin ərazisində isə kənd sakinləri Rafiq Əhmədov və qardaşı Azər qanunsuz ov etdikləri üçün polis əməkdaşları tərəfindən saxlanıblar. Onlardan “BORA” və “TOZ” markalı ov tüfəngləri götürülüb.
Hər iki faktla bağlı Ağsu RPŞ-nin istintaq və təhqiqat qruplarında araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətininm əməkdaşı