Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdiyi əməliyyat tədbirləri nəticəsində Qazma kənd sakinləri Yusif Mirəliyev, Təbriz Hüseynov və Rauf Davudov narkotik vasitə satarkən saxlanıb. Baxış zamanı onlardan satmaq istədikləri və üzərlərində olan marixuana götürülüb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə Y.Mirəlyevin yaşadığı evə baxış keçirilib. Oradan 24 qram marixuana və çətənə kolu, habelə müvafiq sənədləri olmayan “BUM” markalı ov tüfəngi və 5 ədəd patron aşkar edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Saxlanan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil verilib.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı