Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şirkət rəhbərini və onun anasını qətlə yetirməkdə təqsirləndirilən Ruhin Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə R.Allahverdiyev ömürlük azadlıqdan məhrum edilib.
İttihama görə, Bakının Nərimanov rayon sakinləri 1949-cu il təvəllüdlü Məhərrəmova Janna Hənifəyevna və 1982-ci il təvəllüdlü Məhərrəmov Aleksandr Gennadiyeviç yaşadıqları evdə qətlə yetiriliblər. Hadisəni törətməkdə şübhəli bilinən 39 yaşlı R.Allahverdiyev saxlanılıb.