Polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində aprelin 11-də paytaxtın Binəqədi rayonu ərazisində Bərdə rayon sakini Hüseyn Qasımovun istiqamətində avtomat silahdan atəş açmaqla xəsarət yetirmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Hüseynli tutulub.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, onun Binəqədi rayonu ərazisində kirayədə yaşadığı evdən "AKM" markalı silah, 22 ədəd patron və patron darağı aşkar edilərək götürülüb.
Ətrafında aparılməş tədbirlərlə R.Hüseynlinin həmin cinayəti paytaxt sakini Günel Süleymanovanın sifarişi ilə törətməsi, habelə açdığı atəş nəticəsində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin mühafizə otağının pəncərə şüşəsinə və Bakı şəhər sakini Xəzər Cəfərzadəyə məxsus "Niva" markalı avtomobilə ziyan dəyməsi də müəyyən edilib.
OLAYLAR xəbər verir ki, 33 yaşlı Günel Süleymanova zərərçəkən Hüseyn Qasımovdan qisas almaq məqsədi ilə ona qarşı silahlı insident yaradıb. Günel Süleymanova istintaqa ifadəsində bildirib ki, sabiq məmur onu zorlayıb: "Məqsədim onu qorxutmaq idi. Mən deməmişdim ki, avtomatda istifadə edilsin. Dedim ki, qorxudun”. Daha sonra Günel Sahib adlı tanışına hadisə ilə bağlı məlumat verərək, ondan kömək istəyib: "Dedim ki, qisas almaq istəyirəm. O da cavab verdi ki, bir dostum var, ona deyərəm”. Adam oğurluğuna görə 12 il həpsdə yatan 33 yaşlı Ramil Hüseynli hadisə zamanı istifadə etdiyi "AKM” markalı silahı vaxtilə Qazaxıstandan 28 min rubla aldığını deyir. O, bu hadisəni törətmək üçün Günel Süleymanovadan 40 min manat alacaqmış. Ramilin Rəsulzadə qəsəbəsidə kirayədə yaşadığı evdən 1 ədəd "AKM” markalı silah, 22 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb. Hazırda cinayət işinin istintaqı Bakı şəhər Prokurorluğunda davam etdirilir.
O da bildirilir ki, Hüseyn Qasımov vaxtilə Bərdə rayon İcra Hakimiyyətində çalışıb.