Qanunsuz orden və medal hazırlamaqda ittiham olunan "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyevin cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
Cinayət işi Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağırovun icraatına verilib.
Sözügedən cinayət işi üzrə, eyni zamanda, "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondunun sədri Səyyaf Orucov və "Azərbaycan Vətən Müharibəsi Veteranları" İctimai Birliyinin sədri Füzuli Rzaquliyev cinayət məsuliyyətinə cəlb olunaraq, barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İstintaq materiallarına əsasən, adıçəkilən şəxslər qanunsuz olaraq müxtəlif adda çoxsaylı orden-medal və döş nişanları təsis edərək, müxtəlif məbləğlərdə pul vəsaiti qarşılığında şəxsləri "təltif ediblər".
Adıçəkilən şəxslərə Cinayət Məcəlləsinin 309.1-ci maddəsi (vəzifə səlahiyyətlərini aşma) ilə ittiham elan olunub.
SAMİRƏ