Özünü sosial media meneceri kimi təqdim edərək müxtəlif mağaza və obyekt sahiblərinə qarşı dələduzluq edən 26 yaşlı Aysu Hüseynova Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, o, həmin məkanların sosial şəbəkələrdə reklamlarını təşkil edəcəyi barədə yalan vədlər verərək zərərçəkənlərdən 16 min 379 manat pul vəsaitini əldə keçirib.
Bundan sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək onlarla əlaqəni kəsib. Araşdırmalar nəticəsində saxlanılan şəxsin həmin üsulla ümumilikdə 13 nəfəri aldatdığı müəyyən edilib.
Vətəndaşlardan daxil olan şikayətlərlə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
ZÜMRÜD