ABŞ-da 20 yaşlı məşhur müğənni D4vd (Devid Entoni Börk) qətl törətməkdə ittiham olunur. Buna səbəb məşhur reperin ötənilki qastrol səfərində olarkən avtomobilində bir il əvvəl itkin düşən qızın qalıqlarının tapılmasıdır. Xarici KİV-lırin yazdığına görə, hazırda ifaçı 15 yaşlı Selesta Rivasın qətli ilə bağlı başlıca şübhəli kimi göstərilir. Polisin açıqlamasında E. Börk hadisədə və meyitin gizlədilməsi ilə bağlı hissəsində də iştirak etməkdə şübhəli bilinir. Hüquq-mühafizə orqanları reperin hələlik istintaqla əməkdaşlıq etmədiyini bildiriblər.
Mətləb