Paytaxtın Nəsimi rayonunda quldurluq cinayəti qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, naməlum şəxslər axşam saat 20 radələrində zərərçəkənə fiziki zor tətbiq edərək 2 min 500 manat dəyərində mobil telefonunu ələ keçiriblər. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində əməli törətməkdə şübhəli bilinən A.Nəcəfzadə, A.Qurbanlı, N.Bayramov, M.Məmmədov, R.Əzizov və Ş.Bağırov müəyyən olunaraq saxlanılıblar.
Digər tədbir nəticəsində Alatava qəsəbə sakininin evindən 4 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən F.Ramazanov tutulub.
Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.
ZÜMRÜD