Qubada dəhşətli qətl hadisəsi baş verib. Hadisə rayonun Çartəpə kəndində qeydə alınıb. Kənd sakini, 1974-cü il təvəllüdlü Hikmət Seyidbala oğlu Nəcəfovun bıçaqlanmış meyiti yaşadığı evdə aşkar edilib. Onun hansı şəraitdə bıçaqlanması məlum deyil. Faktla bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.
Mətləb