şənbə günü, 31 oktyabr 2026
     

Sığorta bazarında sərt qaydalar dövrü başlandı

Image


Cari il ərzində sığorta sferasında yaşanan proseslər xüsusi diqqət cəlb etməkdədir. Çünki proseslər bazarın bu sahəsində də qaydaların kifayət qədər sərtləşdirilməkdə olduğunu göstərir. Həmçinin, sığorta ödənişlərinin artması bazarda ancaq güclü oyunçuların qala biləcəyini göstərir. Qeyd edək ki, əvvəlki dövrlərlə müqayisədə, sığorta şirkətlərinin ödənişləri getdikcə artır.
Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, ölkədə ən zərərli sığorta növü avtomobillərin könüllü sığortasıdır. Sığorta şirkətləri bu sahədən topladıqları hər 100 manatın 74 manatını, yəni 74%-ni müştərilərinə geri qaytarıb. Ötən il isə bu nisbət 46% olub. Zərərliliyin artması bu ilin əvvəlindən ölkədə avtomobil satışının və kasko sığortasından daxilolmaların azalması ilə bağlıdır. Zərərliliyin səviyyəsinə görə sonrakı yerdə tibbi sığorta qərarlaşıb. Bu sığorta növü üzrə toplanan hər 100 manat sığorta haqqının 66 manatı ödəniş edilib. Şirkətlər avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasına görə də çox ödəniş ediblər. Hesabat dövrünə, bu sığorta növündən əldə olunan hər 100 manatın 61 manatı ödənişə gedib. Ötən il isə bu nisbət 19% olub. Avtomobillərin icbari sığortasında da ödəniş səviyyəsi artıb. İlk 9 ayın nəticəsinə görə, bu sığorta növü üzrə toplanan hər 100 manatın 41 manatı ödəniş edilib, ötən il isə bu rəqəm 38 manat idi.
Hazırda sığorta şirkətləri, əvvəlki illərdə olduğu kimi, topladığı sığorta haqlarını artıra bilmir. Hətta iri sığorta şirkətlərinin də yığımları azalıb. Orta və kiçik sığorta şirkətlərinin çoxunun vəziyyəti isə daha pisdir. Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov bildirib ki, baş verənlərə rəğmən, sığorta bazarı durğunluğa girməyib: "Bazarın ümumi göstəricisinə baxılarsa, onun durğunluğa girdiyini demək doğru olmaz. Çünki bazarın bəzi sahələrində ciddi artım, bəzi sahələrində isə kəskin azalma var, bu da durğunluq sayılmır. Yığımların bəzi növlərdə artması, bəzi növlərdə isə azalması bir-birini tənzimlədiyi üçün bazarın artımı 3,5% olub. Sığorta bazarında keyfiyyət dəyişikliyi gedir. Hazırda avtomobil sığortası üzrə yığımlar azalır, ödənişlər isə kəskin artır. Belə vəziyyət sığorta şirkətlərini yeni məhsullar istehsal etməyə məcbur edir. Bu da gələcəkdə bazarın canlanmasına gətirib çıxaracaq, bir mərhələdən sonra geriyə proseslər başlayacaq və yığımlar artacaq. Bu prosesin başlaması üçün sığorta ödənişlərinin verilməsi prosedurları sadələşməli, məhsul çeşidliliyi təmin olunmalı və əhalinin sığorta barədə bilikləri daha da artırılmalıdır".
Yuxarıda qeyd olunduğu kimi, sığorta bazarında qaydalar da sərtləşdirilir. Eyni zamanda, əvvəllər sığorta şirkətlərinin gətirdiyi bəhanələrin yığışdırılması üçün real addımlar atılır. Məsələn, məlumdur ki, avtomobillərin könüllü sığortalanması ilə bağlı mühüm yeniliklərə start verilib. "Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta Qaydaları"nda avtomobillərin könüllü sığortası ilə bağlı maraqlı yeniliklər nəzərdə tutulur. Bu dəyişikliklər, "fins" portalının məlumatına görə, müştərilərlə sığorta şirkətləri arasında mübahisələri azaltmalı, sığorta ödənişlərinin verilməsi prosesini sürətləndirməli və bu sahədəki əngəlləri aradan qaldırmalıdır.
Qaydalardakı maraqlı yeniliklərdən biri odur ki, bundan sonra sığorta şirkətləri avtomobili taksi kimi istifadə edən sürücülərə sığorta ödənişi verməkdən imtina edə bilməyəcək. Söhbət sığortalanan avtomobillərin sonradan başqa məqsədlərlə, məsələn, taksi kimi istifadəsindən gedir. Hazırda qüvvədə olan qaydalara görə, avtomobil sığortalananda onun sahibi maşının hansı məqsədlə istifadə olunacağını sığorta ərizəsində göstərməlidir. Qəza baş verən zaman aşkar edilsə ki, avtomobil ərizədə göstərilən məqsədlə istifadə edilməyib, sığorta şirkəti ödənişdən imtina edə bilər. Başqa sözlə, avtomobil sığortalananda ərizədə onun taksi kimi istifadə olunacağı göstərilməyibsə, sonradan taksi məqsədilə istifadə edildiyi aşkar olunduqda ona sığorta ödənişi verilmirdi.
Yeni qaydalarda isə bu tələb götürülüb. İndi ödənişdən yalnız o zaman imtina edilə bilər ki, avtomobil təyinatı üzrə istifadə edilməsin. Minik avtomobilində sərnişinin daşınması isə həmişə təyinat üzrə olduğundan, artıq maşının taksi kimi istifadə olunması ödənişdən imtina üçün əsas sayılmayacaq. Qeyd edək ki, avtomobillərin taksi məqsədilə istifadə olunması sığorta şirkətləri ilə müştərilər arasında ən çox mübahisəyə səbəb olan amillərdən biridir. Yeni qaydaların qəbulu ilə Azərbaycanda sığorta şirkətləri ilə avtomobil sahibi arasında avtomobilin təmiri ilə bağlı mübahisələrə də son qoyulacaq. Belə ki, avtomobil əzildiyi halda, onun harada təmir ediləcəyi hələ müqavilə bağlananda müəyyən ediləcək. Bank kreditlərinin sığortalanması ilə də bağlı yeniliklər xüsusi diqqət cəlb edir. Artıq bankdan kredit götürənlərə sığorta lazım olarsa, onlar bankın təklif etdiyi sığorta şirkətini deyil, istədikləri sığortaçını seçə biləcək.
Bunun üçün həm qanunvericiliyə dəyişiklik olunacaq, həm də ayrıca metodoloji sənədlər hazırlanaraq ilin sonuna qədər banklara göndəriləcək.
Bütün bunlar isə banklar və sığorta şirkətləri arasında rəqabətin artmasına təkan verəcək.
Bu vəziyyətdə ilk olaraq zəif sığorta şirkətlərinin bazardan çıxması gözlənir. Ekspertlərin fikrincə, elə şirkət var ki, yaranmış vəziyyətdə ilin sonuna kimi fəaliyyətini dayandırmalı olacaq.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ