şənbə günü, 31 oktyabr 2026
     

Neftin dəyərdən düşməsinin Azərbaycana da təsiri görünür

Image


Valyuta ehtiyatlarına Çin yuanının daxil edilməsi bir şərtlə məqbul sayılır

Neftin qiyməti ətrafında baş verənlər dünya bazarlarında müəmmalı bir vəziyyət yaratmaqdadır. Lakin istənilən halda real vəziyyətin təhlili göstərir ki, maraqlı tərəflər hələ bir müddət bazarlarda neftin qiyməninin aşağı həddə qalmasına nail ola biləcək. ABŞ-ın Ukraynadakı səfiri Cefri Payet artıq qeyd olunan xüsusda çox maraqlı açıqlama verib. Rusiya və neftin qiyməti ilə bağls o qeyd edib:
"Rusiya dünya iqtisadiyyatına bağlı olduğu üçün ona qarşı soyuq müharibə başlamayacaq. Rusiyanın Sovet İttifaqından fərqi onun dünya iqtisadiyyatına bağlı olmasıdır. Bizim hamımız dünya bazarının əsirləriyik. Bu bazardakılar Moskvanın Ukraynaya qarşı qanunsuz hərəkətlərinə sərt reaksiya verdilər. Baxın görün, onlar indi neftin qiyməti ilə nə edirlər".
Qeyd edək ki, elə ABŞ-ın birbaşa təsiri ilə neftin qiymətinin aşağı düşməsində əsas rol oynayan ölkə qismində Səudiyyə Ərəbistanı Krallığı çıxış edir. Maraqlıdır ki, Səudiyyə Ərəbistanına, digər hasilatçı ölkələr kimi, öz büdcəsini maliyyələşdirmək üçün neftin bir barrelinin qiymətinin 100 dollardan yuxarı olması lazımdır. Lakin OPEK-in ən iri hasilatçısı artıq bəyan edib ki, bir-iki il ərzində bir barrel üçün 80 dollara dözə bilər. Rəsmi Ər-Riyadın bu mövqeyi bazar iştirakçılarını çaşqın vəziyyətə salsa da, neftin qiymətinin sərt enişinə yol açmaqdadır. Almaniyalı ekspert Holger Sşepisə görə, Qərblə ixtilafda olan Rusiya neftin ucuzlaşmasının ən böyük məğlubudur. Çünki neftin bir barrelinin qiymətinin 90 dollardan aşağı düşməsi Rusiyaya tənəzzül vəd edir. Rusiyanın federal büdcəsi neftin qiymətinin 100 dollardan götürülməsi əsasında formalşıdırılıb.
Millət vəkili Vahid Əhmədov da neftin dünya bazarındakı qiymətinin enməsində Rusiya faktorunu əsas sayır: "Son hadisələr göstərir ki, neftin qiymətindəki bu ani dəyişikliyin səbəbi Rusiyaya tətbiq olunan embarqo, sanksiyalarla əlaqədardır. Rusiyanın dövlət büdcəsi birbaşa neftdən asılı olduğundan, Ukrayna hadisələri ilə bağlı olaraq müəyyən sanksiyalar tətbiq olunur ki, ölkəni iqtisadi baxımdan zəiflədərək yaranan siyasi problemləri aradan qaldırmaq mümkün olsun. Proseslər də, istər-istəməz, dünya neft bazarına təsir edir".
Moskvada həyəcan təbili çalınır. Rusiya Hesablama Palatasının sədri Tatyana Qolikova bildirir ki, mövcud vəziyyət belə davam edərsə, Ehtiyat Fondundakı pullar iki il ərzində bitəcək. Onun sözlərinə görə, hökumətin gəlirləri artırma istiqamətindəki planları kifayət qədər yetərli deyil: "Neft qiymətlərinin düşməsindən qaynaqlanan risqi azaltmaq və sanksiyalara görə yaranan borc problemlərini Ehtiyat Fondu hesabına ödəmək davam edərsə, iki il ərzində pullarımız tükənəcək. Gəlirləri artırmaq üçün idxal əvəzinə istehsalı artırmaq lazımdır".
Təbii ki, baş verənlər ölkəmizə də təsirsiz ötüşmür. İqtisadçı ekspert Samir Əliyev qeyd edir ki, dünyanın əmtəə və maliyyə bazarlarında baş verən proseslər, daha dəqiq desək, neftin və qızılın ucuzlaşması, dolların isə bahalaşması Neft Fondunun vəsaitlərinə təsirsiz ötüşməyib. Ekspert sosial şəbəkələrdə məsələ ilə bağlı yaydığı açıqlamada 2014-cü ilin 3-cü rübünün Neft Fondu üçün o qədər də uğurlu olmadığını bildirib: "Dövlət Neft Fondunun 2014-cü ilin doqquz ayı ərzində gəlir və xərclərinə dair məlumat açıqlandı. Məlum oldu ki, 3-cü rüb Fond üçün bir o qədər də uğurlu olmayıb. Əvvəla, Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər azalıb. Yanvar-sentyabr aylarında Fondun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 162,3 milyon manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 47,9% azdır. 2013-cü ilin yanvar-sentyabr aylarında Fondun gəlirləri 311,2 milyon manat olub. 2012-ci ilin uyğun dövründə isə bu göstərici daha yüksək, yəni 440,4 milyon manata bərabər olub. İkincisi, Fondun investisiya portfelinin gəlirliliyi azalıb. Əgər ötən ilin 9 ayında portfelin gəlirliliyi 1,1% idisə, cari ilin analoji dövründə gəlirlilik 0,6%-ə düşüb. Halbuki, 2012-ci ilin müvafiq dövründə gəlirlilik 1,7% olub".
Ekspert xatırladır ki, Fond üçün qızılın da gəlirliliyi azalıb. Həmçinin, valyutaların məzənnələrinin dəyişməsindən yaranan zərər artıb: "Fondun hesabatına görə, yaranan fərq üzrə zərər 966,4 milyon manat olub. Halbuki, ötən ilin uyğun dövründə zərərin həcmi 38,7 milyon manat təşkil edib. Zərərin bu həddə çatmasına səbəb Fondun valyuta ehtiyatına daxil edilən valyutaların əksəriyyətinin il ərzində ucuzlaşmasıdır. İkinci ən böyük paya malik avronun manata olan məzənnəsi 2014-cü ilin 9 ayında təxminən 7% ucuzlaşıb. Zərərin məhz böyük hissəsi 9,7 milyard avroluq valyutanın dəyərsizləşməsi hesabına yaranıb. Ehtiyatın 51,7%-nə malik ABŞ dolları son aylar əhəmiyyətli dərəcədə bahalaşsa da, manata nisbətən məzənnəsi sabit qalıb".
Qeyd edək ki, Neft Fondunun investisiya portfelinin gəlirliliyinin azalması da müşahidə edilir. İnvestisiya siyasətinə edilmiş dəyişiklik nəticəsində portfelə daxil edilən yeni valyutalar 2014-cü ildə xeyli ucuzlaşıb. Türk lirəsi və avronun ucuzlaşması əsasən dolların bahalaşması ilə bağlı idisə, rus rublunun dəyərsizləşməsi həm də Rusiyaya tətbiq edilən sanksiyaların nəticəsi olub. Situasiyanı düzgün qiymətləndirən Fond ilin əvvəlində rus rublunun müəyyən hissəsindən imtina edə bilmişdi. Ən böyük paya malik ABŞ dollarının bahalaşması digər valyutaların ucuzlaşmasını kompensasiya edir. Ancaq dolların manata olan məzənnəsinin sabit qalması Fondun valyuta ehtiyatlarının manat ifadəsində milyarda yaxın zərərə düşdüyünü göstərir. S.Əliyev bildirir ki, Neft Fondu üçün qarşıda çətin günlər durur":Güman ki, bir tərəfdən neft hasilatının və onun ucuzlaşması nəticəsində daxilolmaların azalması, digər tərəfdən dövlət büdcəsinin gələn il pula ehtiyacının daha da artması Fondun aktivlərinin azalmasına gətirib çıxaracaq. Üstəgəl, Fondun puluna Rusiya şirkətlərinin göz dikməsi vəsaitlərin səmərəsiz istiqamətə yönəldilməsi ilə nəticələnə bilər. Fond Çin yuanını valyuta ehtiyatına daxil etmək planını açıqlayıb. Bu təqdirəlayiqdir, ancaq onun məbləği müzakirə mövzusudur. Çünki Çin iqtisadiyyatında müşahidə edilən zəifləmə yuanın məzənnəsinə mənfi təsir göstərə bilər". Hər halda, neftlə bağlı çətin proseslər başlanır. "Bloomberg" agentliyinə görə, neftlə bağlı əsas problemin qaynağı məhz Rusiyadır: ""Neft Putinin hakimiyyətdə qalmasının əsas elementi idi. Putin prezident kürsüsündə Boris Yeltsini əvəz etdikdən bəri neft Rusiyadakı iqtisadi buma böyük dəstək verib və 2000-ci ildən 2008-ci ilədək iqtisadi artımın orta hesabla 7% böyüməsini təmin edib. İndi isə iqtisadi artım praktiki olaraq sıfıra yuvarlanıb. Ukrayna ərazilərinin işğalı ilə bağlı Amerika və Avropanın tətbiq etdiyi sanksiyalar və rublun aşağı məzənnəsi Rusiyanı silkələyir".







VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ