Baki-xeber.com xəbər verir ki, Banki.ru saytının xəbərinə görə, "Admiralteyski" bankı aktivlərinin içində 400 milyon rubl qiymətli metal olduğunu bildirib. Mərkəz Bankının apardığı yoxlamalar isə, bankda qızılı rəngə boyanmış dəmir külçələr aşkarlanıb.
Rusiya Mərkəz Bankı, ötən cümə günü qanunsuz bank fəaliyyəti göstərdiyinə görə, bankın lisenziyasını ləğv edib.
Bu bank 8,54 milyard rubl kapitalla Rusiyanın 286-cı böyük bankı idi.