çərşənbə axşamı günü, 27 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
“Azərbaycan iqtisadiyyatı neftsiz də inkişaf edəcək”
Tarix: 11.09.2015 / 18:18
Bölmə: İqtisadiyyat
"Sentyabrın 9-da keçirilmiş müşavirədə Azərbaycan Prezidenti dünya bazarlarında neftin qiymətləri ətrafında baş verən proseslərin siyasi sifariş olduğunu istisna etmədi. Bəli, bu məsələnin məhz siyasi motivlərə söykəndiyini biz də mətbuata verdiyimiz açıqlamalarda dəfələrlə bildirmişik. Lakin bunun siyasi oyun olduğunu onu təşkil edənlər heç vaxt etiraf etməyəcək və öz təbliğat maşınları vasitəsilə neftin dünya bazarlarında qiymətlərinin aşağı düşməsinin yalnız iqtisadi proseslərlə əlaqədar olduğunu sübut etməyə cəhd edəcəklər”.
Bunu "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov dünya bazarlarında neftin kəskin ucuzlaşması prosesinin arxasında siyasi motivlərin dayandığına dair fikirlərini açıqlayarkən deyib.
Professor qeyd edib ki, neftin qiymətlərində müşahidə olunan kəskin dəyişikliyin heç bir iqtisadi əsası yoxdur: "Məsələnin kökündə Qərbin Rusiyanı tamamilə çökdürmək marağı dayanır. "Çox da uzağa getmədən tarixə nəzər salaq. Krımın ilhaqı - fevral-mart 2014-cü il; Ukraynanın şərqində hərbi əməliyyatların başlanğıcı - aprel 2014-cü il; Neftin dünya bazarlarında qiymətlərinin bir barrel üçün 110 dollardan aşağı düşməsinin başlanğıcı - 2014-cü ilin iyul ayının əvvəli... Bu tarixlər bizə nə deyir? Krımın ilhaqı və Ukraynanın şərqində gedən hərbi əməliyyatlarla bağlı Rusiyaya qarşı irəli sürülən tələblər yerinə yetirilmədiyindən Qərb ölkələri iqtisadi sanksiyaları işə salmaq qərarı verdi. Paralel şəkildə isə dünya bazarlarında neftin qiymətlərində ucuzlaşmanın təməli qoyuldu və bu, bütün sanksiyaların cəminin verə biləcəyi nəticədən daha artıq effekt verdi. Nəticələr göz qabağındadır. Bu müddət ərzində rublun dollara nisbətən məzənnəsi dünya bazarlarında neftin qiymətləri qədər - yəni iki dəfə aşağı düşdü. Qərb hələ istədiyinə tam nail ola bilməyib. Bu səbəbdən də neftin qiymətləri ətrafında baş verən oyunlar hələ uzun müddət davam edə bilər. Bu günlərdə mətbuat səhifələrində bununla bağlı səsləndirdiyim bir fikri təkrar etmək yerinə düşərdi. İllərdir Qərbin İrana münasibəti göz qabağındadır. Ancaq Qərb qəfildən İranla "dil tapa bildi”. Burada bütün oyunlar Rusiya ətrafındadır. Qərbin məqsədi Rusiya iqtisadiyyatını çökdürməkdir. İrana "sevgi” də bu istəkdən qaynaqlanır. Bu gün ABŞ-dan başqa neftin qiymətlərinin yaxın gələcəkdə necə dəyişəcəyini və bu prosesin nə qədər davam edəcəyini heç kəs söyləyə bilməz. Bu oyunu onlar oynayırlar və nə vaxt harada dayanacaqlarını da özləri bilirlər. Təbii ki, bu kimi məsələləri Azərbaycan Prezidenti hamıdan yaxşı bilir və elə bu səbəbdəndir ki, üç gün öncə keçirilən müşavirədə neftin qiymətlərinin dünya bazarlarında kəskin aşağı düşməsinə münasibət bildirərkən, "Mütəxəssislər, təhlilçilər bunun səbəblərini araşdırmalıdırlar. Ancaq istisna edilmir ki, bu da siyasi sifarişin nəticəsidir” fikirlərini səsləndirdi”.
Dünya iqtisadi məkanında baş verənlərin Azərbaycana təsirinə gəlincə, F.Yusifov qeyd edib ki, ölkəmiz heç bir halda bu proseslərdən uzaqda dayana bilməzdi: "Unutmamalıyıq ki, neftin qiymətləri ətrafında son bir ildə baş verən dəyişikliklər iqtsadi cəhətdən inkişaf etmiş və iqtisadiyyatı neftlə bilavasitə bağlı olmayan ölkələrə də təsir göstərib. Həmin ölkələrin bəzisində milli valyutalar bu və ya digər dərəcədə devalvasiyaya uğrayıblar. Bu isə onu göstərir ki, haqqında bəhs etdiyimiz proses təkcə neft hasil edən ölkələri əhatə etmir”.
F.Yusifov hesab edir ki, Azərbaycan hökumətinin apardığı düşünülmüş iqtisadi siyasət bu proseslərin az ağrılı keçməsinin təminatçısıdır: "Neftin qiymətlərinin iki dəfədən də çox aşağı düşməsinə baxmayaraq ölkədə bütün sosial proqramlar icra olunur. Beynəlxalq maliyyə qurumları Azərbaycandakı iqtisadi durumu lazımınca dəyərləndirirlər. Prezidentin dediyi kimi, bizim bütün uğurlarımızın yalnız neftdən qaynaqlandığını deyən bədxahlar indi heç olmasa gözlərini açıb görsünlər ki, neftin qiymətlərinin dünya bazarlarında iki dəfədən çox aşağı düşməsinə və onun ölkə daxilində hasilatının azalmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatı özünün inkişaf tempini qoruyub saxlayır. Heç kəsin şübhəsi olmasın, Azərbaycan iqtisadiyyatı neftsiz də inkişaf edəcək. Beynəlxalq təşkilatların Azərbaycanın neftsiz iqtisadi inkişafına verdiyi qiymətdən sonra xaricdəki bədxahların və onların Azərbaycandakı əlaltılarının nə düşündüyü və ya nə danışdığı heç bir əhəmiyyət kəsb etmir. Bu gün dünyada baş verən iqtisadi və siyasi proseslər fonunda bir çox ölkələrdə yaranmış dözülməz vəziyyət, qanlı toqquşmalar və bunun nəticəsi olaraq milyonlarla insanın qaçqın kimi özünə sığınacaq axtarması, qoy hər kəsi düşündürsün. Bu gün Azərbaycandakı iqtisadi, siyasi sabitliyin, əmin-amanlığın nə demək olduğunu hər kəs dərk etməlidir. Dəfələrlə demişik, bir daha təkrar edirik. Qərb Azərbaycanı öz təsiri altında görmək istəyir. Baxın, ABŞ öz istəklərini reallaşdırmaq xatirinə son illər ərzində yaxın Şərqin bir neçə olkəsini qan çanağına döndərdi. İndi bu ölkələrdə hər gün yüzlərlə insan müxtəlif toqquşmaların, terrorun qurbanına çevrilir. Qərb öz istəyini reallaşdırmaq naminə Azərbaycanı da məmuniyyətlə İraqın, Misirin, Əfqanstanın gününə salmağa hazırdır. Əlləri çatmır, iddiallarını reallaşdıra bilmirlər deyə, Azərbaycanda guya insan haqlarının qorunmadığına, söz azadlığının olmadığına dair əsassız bəyanatlar verir, hesabatlar yayırlar. Azərbaycanda söz azadlığının olmadığını deyənlər bircə dəfə "Azadlıq” qəzetini açıb oxusunlar, onda görərlər ki, nə qədər ədalətsiz və qərəzlidirlər”.
DİGƏR XƏBƏRLƏR
Tarix: 26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi
- maraqlı səbəblərdən danışılır...
Tarix: 26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək?
- AÇIQLANDI...
Tarix: 23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..
Tarix: 23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...
Tarix: 23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq
- xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...
Tarix: 23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə
- gəlirlər və xərclər açıqlandı...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir -
ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi
20 DƏFƏ ARTIRILIR...
Tarix: 21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu -
"tranzitlərin rekordu"...
Tarix: 21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...
Tarix: 21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər
- Aİ-dən TƏKLİF...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...
SON XƏBƏRLƏR
27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...
27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...
27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...
27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...
27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır -
hədəf kimdir?
27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı -
ələ keçirilən arsenalın taleyinə Livan qərar verir
27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" -
Fərid Şəfiyev
27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" -
Türkmənistanın mədəniyyət naziri
27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi
27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat
– üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...
27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...
27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb"
-ICESCO-nun Baş direktoru
27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib"
- İƏT-in Baş katibi
27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?
27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır
27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"
27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı
27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"
27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür"
- Prezident
27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"
27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi
- saxlanan var...
27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil"
- Prezident
27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"
27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər"
- Prezident
27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı
27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı
27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir"
- Prezident İlham Əliyev
27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"
27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir
27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır"
- Prezident
27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"
27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir"
- Prezident
27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
- FOTO/VİDEO/YENİLƏNDİ
27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində
- Netanyahu, ya Eisenkot...
27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…
27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti...
Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…
27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub
- YENİ DETALLAR ortaya çıxdı...
27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi
26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur
- qərar verildi…
26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub
- FOTO
26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi
- FOTO
26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi
- maraqlı səbəblərdən danışılır...
26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...
26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...
26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...
26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...
26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur
26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır
- Bu insanlara nə olub?
26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...
26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...
26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir
- Niyə?...
26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...
26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir
26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür
26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
- FOTO
26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...
26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır
26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi
- Əli Əsədov qərar imzaladı...
26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib
26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi...
İnanaq?
26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu
26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...
26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...
26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"
26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır"
- Prezidentin köməkçisi
26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"
26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir"
- Hikmət Hacıyev
26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"
26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir"
- Hikmət Hacıyev
26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"
26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb"
- Hikmət Hacıyev
26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB
- İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...
26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi
- son nöqtəni qoymağa hazırıq...
26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı...
114 vəzifəli həbs olundu...
26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...
26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir"
- Ceyhun Bayramov
26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
XƏBƏR ARXİVİ