çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Rusiyadan Azərbaycana göndərilən pullarda maraqlı tendensiya başlayır

Image


İş üçün Rusiyaya üz tutan miqrantlar burada getdikcə daha böyük problemlərlə qarşılaşmalı olurlar. Əsas səbəb isə Qərbin genişləndirməkdə olduğu sanksiyaların Rusiya iqtisadiyyatına getdikcə daha böyük zərər vurmasıdır. Hazırda problemlərlə üzləşən miqrantların çoxu bu ölkəni tərk etməyə üstünlük verir. Moskva isə miqrantların kütləvi şəkildə ölkəni tərk etməsini istəmir.
Görünür, elə bu səbəbdəndir ki, Rusiya Nazirlər Kabineti miqrantlar üçün müvəqqəti kvotaların artırılması barədə göstəriş verib. Xatırladaq ki, 2015-ci il yanvar ayının 1-dən xarici vətəndaşlar Rusiyada işləmək üçün patent almalıdır. Vahid patentləri zamanla kvota mexanizmi əvəz edəcək və mühacirlərə hüquqi şəxslərin, eləcə də fərdi sahibkarların yanında işləməyə icazə verəcək. Bütün bunlar miqrantların Rusiyadan qaçışının qarşısını almağa hesablanıb. Amma miqrantların sayı azalmaqda davam edir. Bu, miqrantların Rusiyadan göndərdiyi pulların miqdarının azalmasında da özünü göstərir. Qeyd edək ki, Rusiyadan Azərbaycana da göndərilən pullar azalır. Belə ki, bu ilin ikinci rübündə Rusiyadan Azərbaycana 190 mln. ABŞ dolları həcmində vəsait köçürülüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 144 milyon dollar və ya 43,11% azdır. Bu ilin aprel-iyun aylarında şimal qonşumuzdan ölkəmizə hər əməliyyat üzrə orta hesabla 519 dollar köçürülüb. Xatırladaq ki, 2014-cü ilin ikinci rübündə transsərhəd pulköçürmə sistemləri vasitəsilə Rusiyadan Azərbaycana 334 milyon dollar göndərilib. Bu zaman hər əməliyyat üzrə pulköçürmənin orta məbləği 654 dollar olub. İqtisadçı ekspert Azər Mehtiyev də bildirir ki, Rusiyadan Azərbaycana daxil olan vəsaitlərin həcmi azalıb. Bu, Rusiyada baş verən maliyyə böhranı ilə əlaqədardır. İqtisadçı bildirib ki, Rusiyada baş verən maliyyə böhranı və getdikcə dərinləşməkdə olan proseslər gəlir əldə etmək imkanlarını məhdudlaşdırır: "Rusiyaya tətbiq olunan sanksiyalar, neftin qiymətinin ucuzlaşması kimi amillər Rusiyada iş yerlərinin bağlanmasına gətirib çıxarır. Bu da gəlir əldə etmək imkanlarını azaldır. Bunun nəticəsidir ki, Rusiyadan Azərbaycana daxil olan vəsaitlərin həcmi azalır. Bir müddət öncə hətta Rusiyada olan azərbaycanlı iş adamları bizneslərini qurtarmaq üçün Bakıda olan əmlaklarını belə satırdılar. İndiki dövrdə böhranın daha da dərinləşməsi gözlənir. Çünki dünya bazarında neftin qiyməti aşağı düşməkdə davam edir. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar, təbii ki, bu dövləti geri aparır və vəziyyəti daha da ağırlaşdırır. Bu prosesin hələ də davam edəcəyi gözlənir. Rusiyada baş verən maliyyə böhranına görə müəyyən qədər soydaşımız Azərbaycana üz tutacaq. Lakin bunun geniş miqyas alacağını düşünmürəm. Hesab edirəm ki, bütün hallarda Azərbaycan hökuməti tərəfindən Rusiyada yaşayan və çalışan əmək miqrantlarımızla bağlı ciddi bir proqramın işlənməsinə ehtiyac var". Qarşıdakı dövrdə Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların genişlənməsi gözlənir ki, bu da şimal qonşumuzdan miqrant axınını intensivləşdirəcək. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov da bildirir ki, Donbasda hadisələrin inkişafından asılı olmayaraq, ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirəcək. Onun sözlərinə görə, ötən həftə Rusiyada hüquqi şəxslərə qarşı ABŞ tərəfindən əlavə sanksiyaların tətbiq edilməsi Rusiya müdafiə sənayesi kompleksinin işinin və ümumilikdə bütün dövlət mexanizminin zəiflədilməsinə yönəlmiş siyasətdir: "Bizim ABŞ və Avropa İttifaqından olan həmkarlarımız bütün səylərini ortaya qoyacaq. Biz bunu başa düşürük və bu şərtlər daxilində işləməyi öyrənməliyik. Qərb Rusiyaya qarşı sanksiyalarını uzun müddət üçün tətbiq edib və yaxın gələcəkdə onların götürüləcəyinə ümid etmək lazım deyil". Yeni sanksiyalar isə Rusiyadan miqrant axınını artıracaq. MDB ölkələrindən olan əmək miqrantları rublun kəskin dəyərdən düşməsi nəticəsində Rusiyanı kütləvi tərk edir. Ekspertlər deyir ki, 1998-ci ildə yaşanan defoltdan sonra ən dramatik iqtisadi böhranın yaşandığı indiki günlərdə işçi miqrantlar üçün qazanc dalınca Rusiyaya getmək artıq sərfəli deyil. Onların qazandığı pullar sürətlə dəyərdən düşür. Ticarətlə məşğul olanlar isə rublun kursunun kəskin dəyişməsindən ciddi ziyana düşür. Bu ölkənin Miqrasiya Xidmətinin məlumatına görə, 2015-ci ilin avqust ayında Rusiyada 10,9 milyon xarici vətəndaş qeydə alınıb. Onlar, əsasən Ukrayna, Özbəkistan, Tacikistan, Qazaxıstan və Belarusdan olanlardır. Moskva və Moskvaətrafı ərazilərdə məskunlaşanlara gəlincə, burada azərbaycanlılar və moldovalılar liderlik edir.
Tahir TAĞIYEV




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO/YENİLƏNDİ

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ