Onun sözlərinə görə, bu standartların tətbiqi alıcının məhsulun keyfiyyəti barədə daha ətraflı məlumat almasına imkan verəcək.
Q.Abdullayev gələn il Azərbaycanda arıların genefondunun yaradılacağını da söyləyib.
O qeyd edib ki, Azərbaycanda arıların sayının və arıçılıq məhsullarının həcminin artırılması nəzərdə tutulur.
İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov isə bildirib ki, arıçılıq məhsullarının xarici bazara çıxması üçün rəqabət qabiliyyətli məhsullar istehsal etmək lazımdır. Bunun üçün də Azərbaycanda münbit şərait var. Nazir müavini bu sahəyə dövlət dəstəyinin göstərildiyini də xüsusi qeyd edib.