şənbə günü, 26 sentyabr 2026
     

"Halal" şirkətlərdə dərin maliyyə böhranı başlayıb...

Image


Azərbaycanda "halal qida" sektoru ətrafında yaranan son vergi qalmaqalı təkcə maliyyə pozuntusu deyil, həm də ictimai etimad, hüquqi məsuliyyət və dini-mənəvi dəyərlər baxımından ciddi suallar doğurur. Məlum olub ki, “Azəri Halal” MMC-nin Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə 49 909,14 manat, “Az.Halal Qida” MMC-nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1 642 263,64 manat, “Halal Food” MMC-nin isə 2 140 931,41 manat vergi borcu yaranıb. Beləliklə, adıçəkilən üç şirkətin ümumi vergi borcu 3,8 milyon manatı ötür.

Ən diqqətçəkən məqam isə bu şirkətlərin nizamnamə kapitallarının son dərəcə aşağı olmasıdır. “Azəri Halal” MMC 100 manat, “Az.Halal Qida” MMC 50 manat, “Halal Food” MMC isə cəmi 10 manat nizamnamə kapitalı ilə fəaliyyət göstərir. Bu rəqəmlər onu göstərir ki, milyonlarla manatlıq maliyyə dövriyyəsi və vergi öhdəliyi yaradan şirkətlərin arxasında faktiki maliyyə təminatı demək olar yoxdur. Belə olan halda ortaya haqlı sual çıxır: bu qədər aşağı kapital ilə fəaliyyət göstərən şirkətlər dövlət və istehlakçı qarşısında necə məsuliyyət daşıya bilər?

Nizamnamə kapitalı hüquqi şəxsin bazara daxil olarkən üzərinə götürdüyü minimal maliyyə məsuliyyətidir. Çox təəsüf ki, Azərbaycan qanunvericiliyi MMC-lərin çox aşağı kapital ilə yaradılmasına imkan verir. Formal baxımdan bu, sahibkarlığın təşviqi məqsədi daşıyır. Lakin praktikada milyonlarla manat dövriyyəsi olan şirkətin cəmi bir neçə manat kapital ilə fəaliyyət göstərməsi ciddi iqtisadi risk yaradır. Çünki şirkət iflas etdiyi və ya vergi öhdəliklərini yerinə yetirmədiyi halda dövlətin, kreditorların və vətəndaşların qarşısında real təminat mexanizmi qalmır. Faktiki olaraq bütün risk cəmiyyətin və dövlətin üzərinə ötürülür.

Bu vəziyyət Azərbaycanda korporativ nəzarət və maliyyə məsuliyyəti mexanizmlərinin nə dərəcədə effektiv işlədiyi ilə bağlı da ciddi suallar doğurur. Çünki normal iqtisadi modeldə böyük maliyyə dövriyyəsi olan şirkətlərin ya yüksək kapitalı, ya da real aktiv təminatı olmalıdır. Əks halda belə şirkətlər bazarda riskli və qeyri-şəffaf subyektə çevrilirlər. Təcrübədə isə bəzi hallarda aşağı kapital ilə fəaliyyət göstərən MMC-lər böyük dövriyyə yaradır, vergi və digər öhdəlikləri topladıqdan sonra fəaliyyətini dayandırır, hüquqi ünvanını dəyişir və ya rəhbərlik dəyişiklikləri vasitəsilə məsuliyyətdən yayınmağa çalışır.

Burada iqtisadi baxımdan daha təhlükəli məqam "haqsız rəqabət üstünlüyü"dür. Vergisini tam ödəyən şirkət əməkhaqqını rəsmiləşdirir, sosial ödəniş edir, mühasibatlıq aparır və bütün maliyyə öhdəliklərini yerinə yetirir. Vergidən yayınan və ya vergi borcunu uzun müddət ödəməyən şirkət isə bazarda daha ucuz qiymət təklif edə bilir. Bu isə dürüst sahibkarların bazardan sıxışdırılması, kölgə iqtisadiyyatının genişlənməsi və dövlət büdcəsinin zərərə uğraması ilə nəticələnir. Nəticədə vergi ödəyən sahibkar cəzalanır, öhdəlikdən yayınan isə üstünlük qazanır.

Məsələnin hüquqi tərəfi də kifayət qədər mürəkkəbdir. Azərbaycan qanunvericiliyinə əsasən, MMC təsisçiləri əsasən şirkətin öhdəliklərinə görə yalnız qoyduqları pay həcmində məsuliyyət daşıyırlar. Yəni nizamnamə kapitalı 10 manat olan şirkətin milyonlarla manat borcu yarandıqda təsisçinin hüquqi məsuliyyəti olduqca məhdud görünür. Bu model kiçik sahibkarlığın qorunması üçün nəzərdə tutulsa da, bəzi hallarda sui-istifadə imkanına çevrilir. Dünyanın bir çox ölkəsində buna görə "benefisiar sahiblik", "real nəzarətçi şəxslər" və "korporativ məsuliyyətin genişləndirilməsi" mexanizmləri tətbiq olunur. Məqsəd odur ki, şirkətin arxasında duran real maliyyə sahibləri və idarəedicilər şəffaf şəkildə müəyyən olunsun və böyük vergi borcları yaranarkən məsuliyyət yalnız kağız üzərində qalməsin.

Mövzunun ən həssas tərəfi isə “halal” anlayışının bu prosesdə necə istifadə olunmasıdır. “Halal” sözü Azərbaycan cəmiyyətində yalnız qida standartı deyil, həm də etibar, dürüstlük və dini-mənəvi təmizliyin simvolu kimi qəbul olunur. İnsanlar “halal” markasına inanaraq həmin məhsulu seçir və bunun arxasında dini-etik məsuliyyət olduğunu düşünürlər. Lakin milyonlarla manat vergi borcu olan şirkətlərin məhz bu adı daşıması ciddi mənəvi ziddiyyət yaradır.

İslam iqtisadiyyatında maliyyə məsuliyyəti mühüm prinsip sayılır. Vergi və digər maliyyə öhdəliklərinin yerinə yetirilməsi yalnız hüquqi məsələ deyil, həm də mənəvi borc kimi qiymətləndirilir. Xüms, zəkat və digər maliyyə öhdəlikləri İslamda ibadətin və sosial ədalətin bir hissəsi hesab olunur. Bu baxımdan “halal” adı altında fəaliyyət göstərən şirkətin vergi öhdəliklərini yerinə yetirməməsi ciddi etik problem yaradır. Çünki dini dəyərlərdən kommersiya üstünlüyü kimi istifadə edən şirkət eyni zamanda maliyyə məsuliyyətindən yayınırsa, bu artıq “halal” anlayışının mahiyyətinə zidd görünür.

Bu məsələ həm də istehlakçı hüquqları aspektindən narahatlıq yaradır. Çünki dini inanclarına güvənərək məhsul alan vətəndaş əslində yalnız məhsulun tərkibinə deyil, həmin şirkətin etik davranışına da etibar edir. Əgər “halal” brendi sadəcə marketinq alətinə çevrilirsə və şirkətin maliyyə fəaliyyəti qeyri-şəffafdırsa, bu artıq istehlakçı etimadının manipulyasiyası kimi qiymətləndirilməlidir

Digər tərəfdən, Azərbaycanda “halal” anlayışının hüquqi tənzimlənməsi əsasən məhsulun istehsal üsulu və dini standartlara uyğunluğu ilə məhdudlaşır. Halbuki, beynəlxalq təcrübədə halal iqtisadiyyatı yalnız məhsulun tərkibini deyil, şirkətin ümumi etik fəaliyyətini də əhatə edir. Buraya vergi intizamı, şəffaf maliyyə hesabatlılığı, işçi hüquqları və dürüst biznes davranışı daxildir. Əgər şirkət “halal” adını kommersiya üstünlüyü kimi istifadə edirsə, onun fəaliyyəti də bu anlayışın mənəvi yükünə uyğun olmalıdır.

Mövcud vəziyyət göstərir ki, problem yalnız ayrı-ayrı şirkətlərin vergi borcu ilə məhdudlaşmır. Burada sistemli boşluqlar, zəif nəzarət mexanizmləri və etik məsuliyyət problemi mövcuddur. Aşağı nizamnamə kapitalı ilə iri maliyyə fəaliyyəti aparan şirkətlərə nəzarətin gücləndirilməsi, böyük vergi borcu olan müəssisələrin daha şəffaf monitorinqi və "halal" brendi altında fəaliyyət göstərən bizneslər üçün etik-maliyyə standartlarının müəyyən edilməsi artıq zərurətə çevrilib. Əks halda dini etimad üzərində qurulan brendlər iqtisadi məsuliyyətsizliyin və ictimai aldatmanın vasitəsinə çevrilə bilər.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

25.09.2026 / 14:12
Dövlət qulluğuna qəbul elə çətinləşdirildi ki, tək-tək adamlara qismət olacaq...

25.09.2026 / 14:02
Zəngəzurun açılması üçün sürətləndirici mexanizmlər işə salınır...

25.09.2026 / 13:59
Xüsusi şərtlərlə pensiyaya çıxan dövlət qulluqçularının pensiyaları dəyişildi

25.09.2026 / 13:45
Ukraynanın dron zərbələri Rusiyanın daha bir neft zavodunu iflic etdi…

25.09.2026 / 13:42
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25.09.2026 / 13:32
Vaşinqton Ukrayna-ABŞ-Rusiya danışıqlarının BƏƏ-də keçirilməsini təklif etdi…

25.09.2026 / 12:58
Bu şəxslərə dövlət qulluğu vəzifəsini tutmaq qadağan edilir...

25.09.2026 / 12:43
Suraxanıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

25.09.2026 / 12:38
"İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır" - Prezident İlham Əliyev

25.09.2026 / 12:29
Prezident: "TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"

25.09.2026 / 12:26
"Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır" - Prezident

25.09.2026 / 12:21
Mikayıl Cabbarov Azərbaycanın iqtisadi inkişafında rol oynayan əsas amilləri açıqladı

25.09.2026 / 12:19
Prezident “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - FOTO

25.09.2026 / 12:05
Prezident İlham Əliyev İrakli Kobaxidzeyə zəng etdi

25.09.2026 / 12:03
Prezident 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət etdi

25.09.2026 / 12:02
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:47
Prezident “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:34
“Birliyin Gücü – 2026” təlimində aviasiya vasitələri şərti hədəflərə zərbələr endirdi - FOTO/VİDEO

25.09.2026 / 11:21
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul etdi - FOTO

25.09.2026 / 11:05
Məhkəmə Trampı jurnalistləri Ağ Evə buraxmağa vadar etdi

25.09.2026 / 10:59
Azərbaycanın Mərkəzi Asiyada hərbi təsir gücü də sürətlə artır

25.09.2026 / 10:38
Xəzərdə itkin düşən daha iki qazax hərbçinin meyiti tapıldı...

25.09.2026 / 10:15
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

25.09.2026 / 10:02
Formula 2 - Sprint yarışında zəncirvari qəza baş verib

25.09.2026 / 09:10
Azərbaycan və Ermənistan birbaşa dialoqu davam etdirmək barədə razılığa gəldi - FOTO

25.09.2026 / 07:25
Bu dəfə Netanyahunun “radar”ında Nyu-York meridir - qarşılıqlı ittihamlar baş alıb getdi

25.09.2026 / 07:10
Qazaxıstanda hərbi təlimdə faciə - 12 hərbçi Xəzərdə batdı…

25.09.2026 / 06:52
Çin lideri Trampla görüş öncəsi “şərti şumda kəsdi” - həm də 4 şərti…

24.09.2026 / 23:37
İran qonşu ölkələrdəki hava limanlarını bağlamaqla hədələdi - ABŞ-a qoşulsalar...

24.09.2026 / 23:18
“Üç dövlətin taleyi: İngiltərənin Azərbaycan siyasəti (1918–1920)”

24.09.2026 / 22:14
“Azərbaycandan da qaz alacağıq” - Ermənistan TŞ katibi

24.09.2026 / 21:55
Paşinyan hakimiyyəti ilə diaspor arasında ölüm-dirim savaşı başladı

24.09.2026 / 21:32
BMT-də Tramp-Pezeşkian görüşü baş tutmadı...

24.09.2026 / 21:16
İran səfiri Azərbaycanla Ermənistan arasında “real güc balansı” deyilən ziyanlı narrativ verdi...

24.09.2026 / 20:50
Türk dünyasında hərbi təlimə - hələlik 3 dövlət qatıldı - İlham Əliyev tarixi təşəbbüs qaldırdı...

24.09.2026 / 20:33
Milyarder Əlişir Usmanova görə Zelenski Makronu bağışlamayacaq...

24.09.2026 / 20:31
Nazirlər Kabinetində geniş iclas keçirilib

24.09.2026 / 20:16
Naxçıvanın Qızıldağ massivində sovet dövründəki “erməni qəsdi” açılır... Prezident ipucu verdi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ