çərşənbə günü, 25 noyabr 2026
     

26 milyondan çox vergi borcu olan klinikanın maliyyə dövriyyəsi nə qədərdir...

Image


Bakıda fəaliyyət göstərən “Caspian International Hospital” ətrafında formalaşmış mənzərə artıq ayrı-ayrı maliyyə pozuntularının cəmi deyil. Bu, açıq şəkildə dövlətin vergi sisteminin necə deformasiyaya uğradığını, qanunun kimlər üçün işlədiyini, kimlər üçün isə sadəcə formal mətndən ibarət olduğunu göstərən canlı nümunədir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi məlumatlarına görə, hospitalın dövlət qarşısında vergi borcu 26,5 milyon manatı ötüb. Bu rəqəm təkcə böyük deyil, həm də təhlükəlidir. Çünki bu məbləğ bir şirkətin borcu yox, bir sistemin iflasının göstəricisidir.

26 milyon manatdan çox vergi borcu olan “Caspian International Hospital”, böyük ehtimalla, yüz milyonlarla manatlıq dövriyyəyə malikdir. Bu rəqəm illər ərzində toplanmış ƏDV, mənfəət və gəlir vergilərini əhatə edir. Yəni klinika “zərərdə olan” deyil, on milyonlarla manatlıq gəlir əldə edib, amma vergi öhdəliyini ödəməkdən yayınıb. Bu borc klinikanın maliyyə gücü ilə müqayisədə tam ödənilə biləcək səviyyədədir, sadəcə risq olmadığı üçün ödənmir.

Bu borc bir ildə, iki ildə yaranmayıb. İllərdir yığılıb, şişib, böyüyüb və bütün bu müddət ərzində nəzarət mexanizmləri ya işləməyib, ya da bilərəkdən işlədilməyib. Təxminən altı ay əvvəl də mediada bu tibb biznesi zəncirinin on milyonlarla manat vergi borcu olduğu açıq şəkildə yazılmışdı. Faktlar ortadaydı, rəqəmlər mövcud idi, amma nəticə yenə olmadı. Bu səssizlik artıq səhlənkarlıq deyil. Bu, institusional susqunluqdur.

Nizamnamə kapitalı cəmi 10 manat olan bir MMC-nin on milyonlarla manatlıq dövriyyə aparması özü-özlüyündə absurd iqtisadi modeldir. Amma bu model Azərbaycanda işləyir. Çünki burada nizamnamə kapitalı sadəcə kağız üzərindədir, real kapital isə əlaqələr, hamilik və toxunulmazlıqdır. Şirkətin rəsmi rəhbərləri dəyişir, adlar yenilənir, amma borc yerində qalır. Cəbrayıl Abbasov, ondan əvvəl Fəriz Cəbiyev – bu adlar qərar verən fiqurlar deyil, vitrin rolunu oynayan menecerlərdir. Məsuliyyətin onlara yüklənməsi, əslində, real sahiblərin qorunması mexanizmidir.

Mediada yayılan və indiyə qədər təkzib olunmayan məlumatlarda “Caspian International Hospital”la yanaşı “Arash Medical Company” MMC-nin də eyni biznes zəncirinə daxil olduğu, bu strukturların faktiki nəzarətinin Şamo Fərzəlibəyov adlı şəxsə məxsus olduğu bildirilir. Həmin məlumatlarda onun sabiq səhiyyə nazirinin müavini Elsəvər Ağayevin qudası olduğu da vurğulanır. Bu məqam artıq məsələnin mahiyyətini açır. Çünki problem tibb sahəsində deyil, hakimiyyətə yaxınlıqdan doğan imtiyazlı biznes modelindədir.

Bu zəncirin təkcə iki şirkətlə məhdudlaşmadığı da görünür. “Badam Medical Center”in adı eyni kontekstdə hallanır, eyni coğrafiyada, eyni tibbi şəbəkə daxilində fəaliyyət göstərən strukturlar arasında biznes və idarəetmə əlaqələri barədə suallar səsləndirilir. Rəsmi reyestrlər bu əlaqələri göstərmir, amma elə problem də buradadır. Real nəzarət mexanizmi reyestrlərdə yox, kölgədədir.

Burada əsas məsələ bir hospitalın vergi borcu deyil. Burada söhbət vergi ödəməməyin sistemləşdirilməsindən gedir. Bir müəssisədə borc kritik həddə çatanda fəaliyyət digər struktur üzərindən davam etdirilir. Ad dəyişir, hüquqi şəxs dəyişir, amma real sahibliyin ünvanı dəyişmir. Dövlət isə bu oyunun tamaşaçısına çevrilir.

Əgər kiçik sahibkarın 5 min manat borcuna görə hesabları dərhal bloklanırsa, əmlakı müsadirə edilirsə, sual qaçılmazdır: 26 milyon manat borcu olan özəl hospital niyə toxunulmazdır? Bu sualın cavabı hüquqi deyil, siyasi və sosialdır. Çünki burada qanun yox, status işləyir. Burada vergi intizamı yox, kimin kim olduğu əsasdır.

Bu gün “Caspian International Hospital” ətrafında yaşananlar bir xəbər mövzusu deyil, bir xəbərdarlıqdır. Əgər bu borclular yenə də cəzasız qalacaqsa, bu, dövlətin öz vətəndaşına verdiyi açıq mesaj olacaq: qanun bərabər deyil. Bu isə nə bazar iqtisadiyyatıdır, nə də dövlətçilik. Bu, oliqarx kapitalının dövlət üzərində qurduğu, illərlə bəslənən kölgə sistemidir və bu sistem ifşa olunmadıqca, 26 milyon sabah 50 milyon olacaq. Dövlət isə yenə kənardan baxacaq.

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb - yanvaradək...

24.11.2026 / 18:10
Rusiya-Ukrayna müharibəsində yeni cəbhə xətti: Finlandiya savaş meydanına çevrilir

24.11.2026 / 18:02
İki baş həkim vəzifəsindən azad edildi

24.11.2026 / 17:50
Paşinyan Zəngəzur dəhlizində ilkin olaraq elektrik xəttini açmaq istəyir...

24.11.2026 / 17:33
Ramiz Mehdiyevin kürəkəni Əli Kərimlinin məhkəməsində hakimdən nə xahiş edib?..

24.11.2026 / 17:24
Gənclərin PUA-lar barədə praktiki vərdişlərə yiyələnməsi təmin ediləcək

24.11.2026 / 17:18
Mətbuat Şurası media subyektlərini jurnalist etikası qaydalarına əməl etməyə çağırdı

24.11.2026 / 17:02
Azərbaycan Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalayıb - FOTO

24.11.2026 / 16:48
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - FOTO

24.11.2026 / 16:37
"...yoxlasan, babası lütün biri olub" - Siyavuş Novruzov

24.11.2026 / 16:21
Vüqar Rəhimzadə: Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır

24.11.2026 / 16:12
İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki tankerin minaya düşdüyünü açıqlayıb

24.11.2026 / 15:59
Portuqaliyada qatarların yarıdan çoxu maşinistlərin tətili səbəbindən yoldan çıxıb

24.11.2026 / 15:57
Tramp və Rutte noyabrın 25-də danışıqlar aparacaqlar

24.11.2026 / 15:50
TRIPP-in açılışı Rusiya və İranın Ermənistana hücumlarını artırır...

24.11.2026 / 15:46
Tehrandan Vaşinqtona 7 maddəlik ultimatum – şərtlər qəbul edilməsə, müharibə genişlənəcək...

24.11.2026 / 15:38
Zelenski nöqtəni qoydu - "Krım körpüsü mövcud olmayacaq"...

24.11.2026 / 15:37
“Özbəkfilm” neyroşəbəkələr vasitəsilə film çəkməyə başlayacaq

24.11.2026 / 14:37
Memarlıq və İncəsənət İnstitutunun əməkdaşının məqaləsi Türkiyədə çapdan çıxıb

24.11.2026 / 14:18
Yunanıstan pasportunda Xankəndi “Stepanakert” kimi göstərilib - XİN faktı araşdıracaq

24.11.2026 / 13:50
ABŞ-da Azərbaycan bayrağı ilə bağlı yayılan məlumatlar təkzib edildi

24.11.2026 / 13:25
İlham Əliyev Beynəlxalq Konqres qarşısında vəzifə qoydu - İpək yolunun bərpa imkanları... - İpək yolunun bərpa imkanları...

24.11.2026 / 12:49
Qafqazda və Azərbaycan memarlığında Kəlbəcər abidələrinin yeri və rolu

24.11.2026 / 12:46
Azərbaycançılıq: milli suverenlik və dövlətçilik ideologiyası

24.11.2026 / 12:31
"Heç bir dastanımızda Azərbaycan kişisinin iki qadını yoxdur" – Gündüz İsmayılov

24.11.2026 / 12:18
Prezidentin sosial şəbəkə hesablarında Monteneqronun Baş nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

24.11.2026 / 11:56
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

24.11.2026 / 11:55
"Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib" - Prezident

24.11.2026 / 11:31
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

24.11.2026 / 11:25
Yaxın Şərq müharibəsi Avropaya sıçraya bilər – Tehran ABŞ-ın Avropadakı müttəfiqlərinə xəbərdarlıq etdi

24.11.2026 / 11:05
ABŞ Suriyaya yenidən qoşun göndərir – 15 ölkənin iştirakı ilə hərbi missiya planı...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ