çərşənbə günü, 25 noyabr 2026
     

Üç dövlət yeni nəqliyyat dəhlizində Azərbaycanın tərəfdaşı oldu...

Image


Fuad İbrahimov: “Xəzər-Qara dəniz dəhlizinin də şaxələnmiş formatda yenidən gündəmə gəlməsi ancaq müsbət bir haldır”

Gürcüstan, Azərbaycan, Türkmənistan və Rumıniya beynəlxalq nəqliyyat marşrutu (Xəzər-Qara dəniz dəhlizi) yaratmaq üçün müqavilə imzalayacaqlar.

Gürcüstanın İqtisadiyyat Nazirliyinin yaydığı məlumata görə, bunu iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Daşkənddə keçirilən Transxəzər Nəqliyyat Dəhlizləri və Bağlantısı üzrə İkinci İnvestor Forumunda bildirib.

O, dekabr ayında imzalanması planlaşdırılan müqavilənin Xəzər və Qara dənizləri birləşdirən yeni beynəlxalq nəqliyyat marşrutunda əhəmiyyətli irəliləyişlərə səbəb olacağını bildirib.

Kvrivişvili vurğulayıb ki, bu təşəbbüs Xəzər regionundan Avropa İttifaqına multimodal dəhliz yaradacaq, nəqliyyat əlaqəsini yaxşılaşdıracaq, marşrutları şaxələndirəcək və regional nəqliyyatın dayanıqlığını artıracaq.

Bundan əlavə, Gürcüstanın 2026-cı ilə qədər əsas nəqliyyat prioritetlərinə Anakliya dərin su limanının tikintisinin başa çatdırılması, lokomotiv və yük donanmasının modernləşdirilməsi, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisinin başa çatdırılması və dövlət və özəl sektorlar üçün vahid rəqəmsal xidmətlərin tətbiqi daxil olacaq. Bu tədbirlərin tutumu əhəmiyyətli dərəcədə artıracağı, səmərəliliyi artıracağı və ölkə daxilində dəmir yolu səyahət müddətini 30% azaldacağı gözlənilir.

Nazir qeyd edib ki, Orta Asiya, Xəzər regionu, Cənubi Qafqaz və Qara dənizin nəqliyyat və logistika potensialını tam şəkildə açmaq üçün əlaqələndirilmiş maliyyələşdirmə zəruridir.

O əlavə edib ki, Gürcüstan 2032-ci ilə qədər əsas nəqliyyat, logistika və infrastruktur layihələrinə 7 milyard dollar investisiya qoymağı planlaşdırır.

Kvrivişvili vurğulayıb ki, bu məqsədlərə çatmaq üçün təkcə beynəlxalq maliyyə institutlarının təcrübəsi və uzunmüddətli kapitalı deyil, həm də özəl sektora investisiyaların stimullaşdırılması tələb olunacaq. Nazir bildirib ki, yalnız əlaqələndirilmiş dövlət-özəl tərəfdaşlığı vasitəsilə müasir qlobal iqtisadiyyatın ehtiyaclarını ödəyən səmərəli və davamlı şəbəkələr yarada bilərik.

Beləliklə, üç dövlət beynəlxalq nəqliyyat dəhlizinin yaradılması istiqamətində Azərbaycanla tərəfdaş oldu.

“...Bu, Azərbaycanın xeyrinədir”

İqtisadçı ekspert Fuad İbrahimov məsələ ilə bağlı baki-xeber.com-a bildirdi ki, bu istiqamətdə yaranan əməkdaşlıq formatının böyük əhəmiyyəti var. “Burada Gürcüstan tərəfin daha çox aktivləşdiyi diqqəti çəkir. Əslində bu təbii haldır. Bizim əsas ixrac-kommunikasiya siyasətimiz Gürcüstan üzərindən qurulub. Bakı-Tbilisi-Ceyhan neft kəmərini, Bakı-Tbilisi-Ərzurum qaz kəmərini, Bakı-Tbilisi-Qars dəmir yolunu vurğulaya bilərik. Bundan sonra şaxələnmə prosesi gedir. Aydın məsələdir ki, bu gün gündəmdə Zəngəzur dəhlizi, eyni zamanda İran üzərindən dəhlizlərin hərəkətə gəlmələri kifayət qədər aktiv fazadadır. Burada bir də Qərblə Şərq arasında ticarət dövriyyəsi var ki, bu ticarət dövriyyəsi də ilbəil artır. Məsələn, Çinin Avropa ilə ticarət dövriyyəsi artıq trilyonu haqlayıb. Bu trilyon dollar həcmində yükün daşınması mütləq hansısa dəhlizdən keçməklə reallaşacaq”.

F.İbrahimovun sözlərinə görə, bu dəhlizlərin ən elastiki Orta Dəhlizdir. O vurğuladı ki, bu həm zaman, həm də qiymət əmələgəlmə baxımından əlverişli hesab olunur. “Ancaq burdan da şaxələnmə gedir. Məsələn, Azərbaycan üzərindən Gürcüstana, ordan Ermənistana, İrana, İran üzərindən də şaxələnmə gedə bilər. Burada daha aktiv, qiymət əmələgəlmə prosesinə daha elastik xidmətdən söhbət gedir ki, bu gerçəkləşəcək. Eyni zamanda da texniki cəhətdən yükaşırma qabiliyyətini həyata keçirə biləcək dəhlizlər mütləq şəkildə liderlik əldə edəcək. Bu şaxələnmələrdən biri də Qara dəniz üzərindəndir. Əslində Qara dəniz üzərindən zamanında Gürcüstan, Rusiya vasitəsilə kifayət qədər kommunikasiyalarımız olub. Rusiya üzərindən Bakı-Novorossiysk neft kəmərimiz, Bakı-Supsa neft kəmərimiz, Batumiyə qədər neft məhsullarının daşınması üzrə kəmərlər mövcud olub. Bu gün bunun şaxələnərək, yeni limanların hazırlanaraq Azərbaycanın məhz Gürcüstan üzərindən Qara dəniz ölkələrinə çıxışı baş verir. Əlbəttə, hər bir halda bu, Azərbaycanın xeyrinədir. Çünki daşınmada nə qədər bu şaxələnmələr, elastikliklər, eyni zamanda əlverişli mühit formalaşması tətbiq olunacaqsa bir o qədər biz trilyonluq həcmin öz üzərimizdən keçməsinə tranzit imkanlarını yaratmış olacağıq. Bu imkanlar da ki, ancaq gəlir, dayanıqlılıq deməkdir. Düşünürəm ki, Gürcüstan hökuməti, əlbəttə, bu layihələri həyata keçirsə Azərbaycan da bunda maraqlıdır. Çünki Qara dəniz ölkələrinin də, əslində bu Şərqi Avropa, Cənub-Şərq Avropa ölkələrinin də burada marağı olacaq. Məhz burada Bolqarıstan, Rumıniya, digər bu kimi ölkələrin imkanlarından yararlanmaq olar. Kifayət qədər də dövriyyəyə cəlb edə biləcək daşımalar həyata keçirmək mümkündür. Hər bir halda Xəzər-Qara dəniz dəhlizinin də şaxələnmiş formatda yenidən gündəmə gəlməsi ancaq müsbət bir haldır, dövrün tələbidir, mütləqdir və bunu biz həyata keçirməliyik, dəstək verməliyik. Düşünürəm ki, söhbət ancaq gələcəyin münbit biznes mühitinin formalaşması üçün şərait yarada biləcək razılaqlardan gedir. Ümid edirik ki, bunu da imzamızla təsdiq edərək, o layihənin də hərəkətə gəlməsini gerçəkləşdirmiş ola biləcəyik. Ən başlıcası odur ki, bunun bünövrəsi var. Sadəcə olaraq bu sənədə imza atanlar məsuliyyətini bilməlidir ki, bunu həyata keçirmək lazımdır. Kağızda qalacaqsa alternativ variantlara uduzacaqlar”-deyə F.İbrahimov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb - yanvaradək...

24.11.2026 / 18:10
Rusiya-Ukrayna müharibəsində yeni cəbhə xətti: Finlandiya savaş meydanına çevrilir

24.11.2026 / 18:02
İki baş həkim vəzifəsindən azad edildi

24.11.2026 / 17:50
Paşinyan Zəngəzur dəhlizində ilkin olaraq elektrik xəttini açmaq istəyir...

24.11.2026 / 17:33
Ramiz Mehdiyevin kürəkəni Əli Kərimlinin məhkəməsində hakimdən nə xahiş edib?..

24.11.2026 / 17:24
Gənclərin PUA-lar barədə praktiki vərdişlərə yiyələnməsi təmin ediləcək

24.11.2026 / 17:18
Mətbuat Şurası media subyektlərini jurnalist etikası qaydalarına əməl etməyə çağırdı

24.11.2026 / 17:02
Azərbaycan Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalayıb - FOTO

24.11.2026 / 16:48
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - FOTO

24.11.2026 / 16:37
"...yoxlasan, babası lütün biri olub" - Siyavuş Novruzov

24.11.2026 / 16:21
Vüqar Rəhimzadə: Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır

24.11.2026 / 16:12
İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki tankerin minaya düşdüyünü açıqlayıb

24.11.2026 / 15:59
Portuqaliyada qatarların yarıdan çoxu maşinistlərin tətili səbəbindən yoldan çıxıb

24.11.2026 / 15:57
Tramp və Rutte noyabrın 25-də danışıqlar aparacaqlar

24.11.2026 / 15:50
TRIPP-in açılışı Rusiya və İranın Ermənistana hücumlarını artırır...

24.11.2026 / 15:46
Tehrandan Vaşinqtona 7 maddəlik ultimatum – şərtlər qəbul edilməsə, müharibə genişlənəcək...

24.11.2026 / 15:38
Zelenski nöqtəni qoydu - "Krım körpüsü mövcud olmayacaq"...

24.11.2026 / 15:37
“Özbəkfilm” neyroşəbəkələr vasitəsilə film çəkməyə başlayacaq

24.11.2026 / 14:37
Memarlıq və İncəsənət İnstitutunun əməkdaşının məqaləsi Türkiyədə çapdan çıxıb

24.11.2026 / 14:18
Yunanıstan pasportunda Xankəndi “Stepanakert” kimi göstərilib - XİN faktı araşdıracaq

24.11.2026 / 13:50
ABŞ-da Azərbaycan bayrağı ilə bağlı yayılan məlumatlar təkzib edildi

24.11.2026 / 13:25
İlham Əliyev Beynəlxalq Konqres qarşısında vəzifə qoydu - İpək yolunun bərpa imkanları... - İpək yolunun bərpa imkanları...

24.11.2026 / 12:49
Qafqazda və Azərbaycan memarlığında Kəlbəcər abidələrinin yeri və rolu

24.11.2026 / 12:46
Azərbaycançılıq: milli suverenlik və dövlətçilik ideologiyası

24.11.2026 / 12:31
"Heç bir dastanımızda Azərbaycan kişisinin iki qadını yoxdur" – Gündüz İsmayılov

24.11.2026 / 12:18
Prezidentin sosial şəbəkə hesablarında Monteneqronun Baş nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

24.11.2026 / 11:56
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

24.11.2026 / 11:55
"Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib" - Prezident

24.11.2026 / 11:31
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

24.11.2026 / 11:25
Yaxın Şərq müharibəsi Avropaya sıçraya bilər – Tehran ABŞ-ın Avropadakı müttəfiqlərinə xəbərdarlıq etdi

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ