çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Azərbaycan neft asılılığına son qoyur - inanılmaz mexanizm işə düşdü...

Image


Kommunikasiya texnologiyaları sahəsi Azərbaycanın qeyri-neft iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilib, son dörd ildə sabit artım ritmi qazanıb. Bunu Azərbaycan prezidenti İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının iştirakçılarına müraciətində bildirib.

Dövlət başçısı vurğulayıb ki, bütün bunlar süni intellektin inkişaf etdirilməsi, kiberhücumların qarşısının alınması və rəqəmsal infrastrukturun genişləndirilməsi sahəsində görülən ardıcıl tədbirlərlə müşayiət olunur.

Qeyd edək ki, Bakı Konqres Mərkəzində Ümumdünya Telekommunikasiya İnkişafı Konfransının açılış mərasimi keçirilib. Konfrans “İnklüziv və dayanıqlı rəqəmsal gələcək üçün universal, faydalı və əlçatan bağlantı” mövzusuna həsr olunub. Tədbir noyabrın 28-dək davam edəcək. Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Dorin Boqdan-Martin qeyd edir ki, Ümumdünya Telekommunikasiya İnkişafı Konfransının möhtəşəm şəkildə təşkil edilməsi Azərbaycanın müasir çağırışlara, internetin əlçatanlığına yaratdığı şəraitin yüksək səviyyədə olduğunu göstərir. O bildirib ki, müasir dövrdə informasiya texnologiyalarının inkişafı iqtisadi artıma müsbət təsir göstərir. Bu, insanların da həyat səviyyəsini yüksəldir. Həmçinin vurğulayıb ki, dünyada bu sahədə problemlərin olmasına baxmayaraq, telekommunikasiyanın inkişafı təmin edilir: “Azərbaycan İKT-nin inkişafı, bu sahədə müasir çağırışlara cavab vermək üçün addımlar atır. İKT-nin inkişafı hər bir dövlətin və cəmiyyətin inkişafına təkan verən amildir”. Burada xatırladaq ki, Azərbaycan iqtisadiyyatının uzun illər neft-qaz sektorundan asılılığı ölkənin inkişaf strategiyasının əsas zəifliklərindən biri kimi qəbul edilirdi. XXI əsrin ikinci onilliyindən başlayaraq hökumətin prioritetlərində diversifikasiya siyasəti önə çıxdı, yeni texnoloji iqtisadiyyatın formalaşdırılması əsas strateji xəttə çevrildi. Bu istiqamətdə ən sürətlə inkişaf edən sahələrdən biri informasiya və kommunikasiya texnologiyaları sektorudur. İnfrastrukturun modernləşdirilməsi, rəqəmsal idarəetməyə keçid, xidmət iqtisadiyyatının genişlənməsi və innovasiya mühitinin formalaşması İKT-ni Azərbaycanın qeyri-neft iqtisadiyyatının aparıcı qüvvəsinə çevirən vacib faktorlardır. Ümumiyyətlə, Azərbaycanın iqtisadi inkişaf modeli son illərdə neft gəlirlərinə əsaslanan siyasətdən tədricən rəqəmsal və innovativ iqtisadiyyat modelinə doğru irəliləyir. Bu kontekstdə İKT sektoru iki əsas məsələni həll edir: qeyri-neft iqtisadiyyatının payını artırır. İnformasiya texnologiyaları yüksək əlavə dəyər yaradır, məhsuldarlığı artırır və ixrac potensialını genişləndirir. Digər sahələrə transformasiya gücü verir. Kənd təsərrüfatı, logistika, təhsil, səhiyyə və dövlət idarəçiliyi rəqəmsallaşdıqca onların dəyər zəncirlərində səmərəlilik yüksəlir. Bu xüsusiyyətlər İKT-ni yalnız ayrıca bir sektor kimi deyil, ölkə iqtisadiyyatının bütün sahələrinə təsir edən strateji multiplikator kimi xarakterizə edir. İKT-nin qeyri-neft iqtisadiyyatında aparıcı rol oynamasının mühüm şərti güclü infrastrukturun mövcudluğudur. Bundan irəli gələrək ölkədə genişzolaqlı internet şəbəkəsinin ölkə üzrə əhatə dairəsi genişləir, optik xəttlərin payı artır, mobil internet texnologiyaları inkişaf etdirilir, regionlarda yeni data mərkəzləri yaradılır. İnfrastrukturun möhkəmlənməsi rəqəmsal xidmətlər bazarının genişlənməsinə, startapların fəaliyyət imkanlarının artmasına və transmilli kommunikasiya layihələrində Azərbaycanın rolunun güclənməsinə şərait yaradır.

İKT sektorunun aparıcı gücə çevrilməsində dövlət idarəçiliyinin rəqəmsallaşdırılması xüsusi rol oynayır. “ASAN xidmət” modeli və elektron hökumət platformasının geniş tətbiqi idarəetmənin şəffaflığını artırmaqla yanaşı, göstərilən xidmətlərin keyfiyyətini yüksəldir və prosesləri sürətləndirir. Bu isə öz növbəsində rəqəmsal həllərə tələbat yaradır və yerli İT şirkətləri üçün geniş fəaliyyət imkanları açır. Elektron xidmətlərin çoxalması proqram təminatı, mobil tətbiqlər, elektron imza texnologiyaları və rəqəmsal təhlükəsizlik sahələrində innovativ layihələrin yaranmasına səbəb olub. Rəqəmsal dövlət modelinin güclənməsi həm də biznes mühitinin daha şəffaf və proqnozlaşdırıla bilən olmasını təmin edir ki, bu da qeyri-neft sektoruna yönəlik xarici və yerli investisiyaları stimullaşdırır. Azərbaycanın startap ekosisteminin formalaşması da kommunikasiya texnologiyalarının ölkə iqtisadiyyatında rolunu gücləndirən əsas faktorlardan biridir. Texnoparkların yaradılması, innovasiya mərkəzlərinin fəaliyyəti, startaplara qrant və investisiya mexanizmlərinin qurulması yeni ideyaların kommersiyalaşmasına imkan yaradır. Universitetlərdə startap laboratoriyalarının açılması, beynəlxalq texnoloji şirkətlərlə əməkdaşlıq və müxtəlif akselerasiya proqramları gənclərin innovativ sahibkarlıq mühitinə qoşulmasını asanlaşdırır. Nəticədə yüksək texnologiyalara əsaslanan məhsulların və rəqəmsal xidmətlərin istehsalı artır, yerli bazarla yanaşı, regional və qlobal bazarlara çıxış imkanları genişlənir. Bu isə qeyri-neft ixracının strukturunu şaxələndirir və ölkənin beynəlxalq rəqabət qabiliyyətini yüksəldir. Kommunikasiya texnologiyaları Azərbaycanı təkcə daxili iqtisadiyyatın inkişafında deyil, həm də beynəlxalq rəqəmsal əməkdaşlıqda mühüm oyunçuya çevirir. Xüsusilə Transxəzər fiber-optik layihələri ölkənin regional kommunikasiya mərkəzinə çevrilməsi baxımından əhəmiyyətlidir. Azərbaycandan keçən beynəlxalq internet magistrallarının gücləndirilməsi, regional məlumat ötürülməsi layihələrinin genişləndirilməsi və telekommunikasiya infrastrukturunun beynəlxalq standartlara uyğunlaşdırılması ölkəyə əlavə xarici valyuta qazandırmaqla yanaşı, onun geosiyasi çəkisini də artırır. Bu cür layihələr Azərbaycanın Qafqaz regionunda rəqəmsal tranzit ölkə kimi rolunu möhkəmləndirir, rəqəmsal ticarətin genişlənməsinə və xidmət ixracının artmasına töhfə verir. İKT sektorunun davamlı inkişafı üçün insan kapitalının gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Son illərdə təhsil müəssisələrində kompüter mühəndisliyi, proqramlaşdırma, kibertəhlükəsizlik və informasiya sistemləri sahələrində tədris proqramlarının yenilənməsi, yeni təlim mərkəzlərinin yaradılması və beynəlxalq sertifikatlaşdırma imkanlarının genişləndirilməsi bu sahənin kadr bazasını möhkəmləndirir. Qlobal texnologiya şirkətləri ilə birgə layihələr tələbələrin praktiki biliklərini artırır və onların beynəlxalq əmək bazarına inteqrasiyasını asanlaşdırır. Yüksək ixtisaslı kadrların mövcudluğu isə ölkədə texnoloji innovasiya mühitinin inkişafını sürətləndirir və qeyri-neft iqtisadiyyatında rəqabətli məhsul və xidmətlərin istehsalına şərait yaradır. Ümumilikdə, kommunikasiya texnologiyaları Azərbaycan iqtisadiyyatında təkcə bir sektor kimi deyil, transformasiyaedici qüvvə kimi çıxış edir. Bu sahə neftdən asılılığın azaldılmasına, iqtisadiyyatın rəqəmsallaşmasına, innovasiya mədəniyyətinin formalaşmasına və ölkənin regional texnoloji mərkəzə çevrilməsinə mühüm töhfə verir. Rəqəmsal infrastrukturun genişlənməsi, startap ekosisteminin inkişafı, rəqəmsal dövlət platformasının dərinləşməsi və beynəlxalq kommunikasiya layihələrinin icrası nəticəsində İKT sektoru yaxın illərdə Azərbaycanın qeyri-neft iqtisadiyyatının aparıcı gücü kimi daha da möhkəmlənəcək və yeni iqtisadi modelin əsas dayaqlarından birinə çevriləcək.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ