çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

Azərbaycanın beynəlxalq statusu dəyişir - yüksək gəlirli ölkə...

Image


Azərbaycan orta gəlirli ölkədən yüksək gəlirli ölkəyə çevrilməyə hazırdır. Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Dünya Bankının 2024-cü il üzrə "Dünyanın İnkişafı haqqında Hesabatı"nın Bakıda yüksək səviyyəli təqdimat tədbirində bildirib.

Onun sözlərinə görə, 1990-cı illərdən bəri cəmi 4 orta gəlirli ölkə yüksək gəlirli ölkələr sırasına keçib: "Azərbaycan da buna hazırdır. Bunu etmək asan olmasa da, biz hazırıq. Bununla bağlı iqtisadi layihələrin şaxələndirilməsi tələb olunur. Bunu etmədiyimiz halda biz lider mövqelərdə deyil, geriləməkdə olacağıq". Bundan başqa, Şahmar Mövsümov qeyd edib ki, Azərbaycan innovasiyalara yönəlmək üçün zəruri infrastruktura və bazaya malikdir: "Biz bu zəmində çiçəklənən, inkişaf edən ölkəyə çevrilə bilərik. Hazırda dünyanın qarşısında ciddi çağırışlar dayanır. Azərbaycandakı vəziyyətə baxsaq, güclü rəhbərlik, güclü tərəfdaşlıqlar, o cümlədən Dünya Bankı ilə aparılan tərəfdaşlıqlara baxdıqda biz çox qabaqcıl gələcəyə doğru irəliləyə bilərik. İnnovasiya Azərbaycanın vacib diqqət yetirdiyi sahələrdən biridir, uzunmüddətli iqtisadi artımın təmin edilməsi üçün vacibdir. Bunun üçün startaplara və sahibkarlara dəstək göstərilməlidir". Bunlar fonunda qeyd edək ki, Azərbaycan hazırda postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2022‒2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsindədir. Bu strateji dövrdə yeni nəsil struktur və institusional islahatlar vasitəsilə iqtisadi artımın müasir və dayanıqlı mənbələrinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın innovasiya yönümünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi, ölkə iqtisadiyyatının qlobal dəyər zəncirinə səmərəli inteqrasiya yolu ilə Azərbaycan dövləti öz qüdrətini daha da artırmaqla yüksək rifah cəmiyyətinin qurulması istiqamətində yeni hədəfləri gerçəkləşdirmək əzmindədir. Məhz bu məqsədlə "Azərbaycan‒2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə əsaslanan "2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın reallaşması ilə 2026-cı ilin sonuna ölkə iqtisadiyyatında əhəmiyyətli dəyişikliklərin baş verəcəyi, iqtisadi artımın tamamilə yeni keyfiyyət amilləri bazasında formalaşacağı, xüsusilə prioritet sahələrdə artım templərinin sürətlənəcəyi, iqtisadiyyatın və məşğulluğun dayanıqlığının daha da güclənəcəyi gözlənilir. Belə vəziyyətdə Azərbaycanın yüksək gəlirli ölkə statusu əldə etməsi daha da asanlaşır. O da faktdır ki, uzunmüddətli artımın əsas amilləri qeyri-enerji sektorunda məhsuldarlığın yaxşılaşdırılması və insan kapitalının yaradılmasıdır. Struktur transformasiyanı sürətləndirən və səmərəsizliyi azaldan daha iddialı islahatlar kompleksi məhsuldarlığı və orta gəlirləri daha da artıra bilər.

Onu da qeyd edək ki, son 50 ilin dərslərinə əsaslanaraq, "2024-cü il üzrə Dünya inkişafı haqqında hesabat: Orta Gəlir Tələsi" müəyyənləşdirir ki, ölkələr zənginləşdikcə adətən ABŞ-ın adambaşına ümumi daxili məhsulunun 10 faizi səviyyəsində bir "tələyə" düşür - bu gün üçün bu rəqəm 8000 dollar ekvivalentindədir. Bu, Dünya Bankının "ortagəlirli" ölkələr kimi təsnif etdiyi ölkələr qrupunun təxminən orta adambaşına ÜDM-ə bərabərdir. Dünya Bankı inkişaf etməkdə olan iqtisadiyyatların "orta gəlir tələsi"ndən qurtulmaq üçün nələri edə biləcəyini müəyyən edir. 1990-cı illərdən bəri yalnız 34 ortagəlirli iqtisadiyyat bu uğura nail olub. 2023-cü ilin sonunda qalan 108 ölkə "orta gəlir tələsi"ndə ilişib qalıb. 1970-ci ildən bəri ortagəlirli ölkələrin adambaşına düşən orta gəliri heç vaxt ABŞ-ın göstəricisinin 10 faizindən yuxarı qalxmayıb.

Bugünkü mühitdə yüksək gəlir statusuna çatmaq daha da çətin olacaq – səbəblər sırasında inkişaf etməkdə olan ölkələrdə yüksək borc və yaşlanan əhali, inkişaf etmiş iqtisadiyyatlarda isə artan proteksionizmi qeyd etmək olar. "Dünya İnkişafı haqqında Hesabat"ın 2024-cü il buraxılışında bütün inkişaf etməkdə olan iqtisadiyyatların orta gəlir tələsindən necə qurtula biləcəyi izah edilir. Hesabat ölkələrin yüksək gəlir statusuna çatması üçün "3i strategiyası"nı təklif edir. İnkişaf mərhələlərinə görə, bütün ölkələr ardıcıl və getdikcə daha mürəkkəb siyasət qarışığını tətbiq etməlidir. Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays vurğulayıb ki, təhsil və səriştələrin inkişafı innovasiyaların stimullaşdırılmasında və məhsuldarlığın artırılmasında mühüm rol oynayır: "Hesabatımızda "3i" prinsipi - investisiya, infuziya (qabaqcıl bilik və texnologiyaların yayılması) və innovasiya təqdim edilib. Bunlar xüsusi diqqət yetirdiyimiz üç əsas aspektdir". Aşağıgəlirli ölkələr yalnız investisiyaları artırmağa yönəlmiş siyasətlərə fokuslana bilərlər – bu, birinci "i" mərhələsidir. Lakin aşağı-orta gəlir statusuna çatdıqdan sonra, onlar sürəti artırmalı və ikinci "i" mərhələsinin siyasətlərinə keçməlidirlər. Bu mərhələ investisiya və infuziyadan, yəni xaricdən texnologiyaların qəbul edilməsi və onların iqtisadiyyata yayılmasından ibarədir. Yuxarı-orta gəlir səviyyəsində çatdıqdan sonra ölkələr yenidən sürəti dəyişməli və sonuncu, üçüncü "i" mərhələsinə keçməlidirlər: investisiya, infuziya və innovasiya. İnnovasiya mərhələsində ölkələr artıq ideyaları qlobal texnologiya liderlərindən borc almırlar - onlar sərhədləri irəli aparırlar. Azərbaycan artıq bu mərhələyə çatıb. Hazırda Azərbaycan 54 yuxarı orta gəlirli ölkə arasında qrupda olan ən gənc ölkələrdəndir. Bu isə başqaları ilə müqayisədə ölkənin növbəti gəlir qrupuna keçid imkanlarını əhəmiyyətli dərəcədə artırır. Müvafiq dərəcənin müəyyən edilməsi üçün istifadə olunan 21 göstəricidən 19-da və ya 90%-də Azərbaycan qrup daxilində üstünlüyə malikdir. Mütləq üstünlüyün olmadığı göstəricilərin heç biri üzrə ölkə autsayder mövqeyə malik deyil. Elə bu fonda Azərbaycanın yüksək gəlirli ölkələr sırasında yer alması tamamilə mümkün görünür.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ