çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

Misilsiz layihə - 3 ölkənin qaz və elektrik sistemləri birləşdirilir, Azərbaycan açar mövqedədir...

Image


İrana səfəri çərçivəsində Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Dövlətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev bu ölkənin energetika naziri Abbas Əliabadi ilə görüşüb. Görüşdə energetika sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı perspektivləri müzakirə edilib.

Nəzərə çatdırılıb ki, Azərbaycan Rusiya ilə İran arasında 600 meqavatlıq elektrik enerjisi mübadiləsinin ötürülməsində mühüm rol oynaya bilər. Enerji mübadiləsinin reallaşdırılması üçün hər 3 ölkənin rəsmi şəxslərinin görüşünün təşkil olunması məsələsinə də toxunulub. Qeyd olunub ki, regionun iqtisadi baxımdan inkişaf etmiş ölkələri arasında enerji mübadiləsinin həyata keçirilməsi üçün texniki əsaslandırma lazımdır. Bunun üçün isə işçi qruplarının yaradılması və görüşlərinin təşkili zəruridir. Həmçinin görüşdə qeyd olunub ki, Rusiya ilə İran arasında elektrik enerjisi mübadiləsi və tranzitində Azərbaycanın yaratdığı infrastruktur çox əhəmiyyətlidir. Nəzərə çatdırılıb ki, yaxın gələcəkdə hər 3 ölkənin mütəxəssislərindən ibarət işçi qruplarının görüşü keçiriləcək və bu görüşdə bütün texniki məsələlər müzakirə ediləcək. Qeyd edək ki, Rusiya, Azərbaycan və İran arasında elektrik sistemlərinin birləşdirilməsi istiqamətində danışıqlar davam edir. Sistemlərin birləşdirilməsi enerji mübadiləsinin həyata keçirilməsinə imkan verəcək. Bununla yanaşı zəruri ehtiyac yarandığı halda qarşı tərəfdən enerji idxalı da həyata keçirilə bilər. Abbas Əliabadi qeyd edib ki, İran və Azərbaycan arasında elektrik mübadiləsi üzrə infrastrukturların inkişaf etdirilməsi diqqət mərkəzində dura bilər. Bu istiqamətdə İran Azərbaycandan elektrik idxal edə və əvəzində Naxçıvana elektrik təhvil verməyə hazırdır. Onun sözlərinə görə, İran və Azərbaycan arasında Araz çayı üzərində Qız Qalası hidroqovşağının istifadəyə verilməsini nəzərə alaraq Qız Qalası Su Elektrik Stansiyasının təkmilləşdirilməsi prosesinin sürətləndirilməsi diqqət mərkəzində dura bilər: "İranın Energetika Nazirliyi ölkənin Ətraf Mühit Təşkilatı ilə koordinasiya edərək Azərbaycanın Energetika Nazirliyi ilə əməkdaşlıq etməklə Ordubad və Marazad su bəndlərinin tikilməsi və istismara verilməsi üzrə ətraf mühitlə əlaqədar tədqiqatlar aparmağa hazırdır". Qeyd edək ki, İranda yay aylarında elektrik enerjisinə tələbat daha yüksək olur. Xüsusilə hava isti olduqda soyutma sistemlərinə ehtiyac yaranır ki, bu da ölkənin enerji çatışmazlığı ilə üzləşməsinə səbəb olur. Yayda havanın temperaturunun əhəmiyyətli dərəcədə artması ilə xalis enerji istehsalı və dövriyyənin səmərəliliyi azalır. Buna görə də F.Səfərinin yay aylarında Rusiyada artıq enerji istehsalı və İranda tələbatın ən son həddə çatması İran və Rusiya arasında enerji mübadiləsi layihəsini şərtləndirir. İranın ümumi istehsal sisteminə gəlincə, ölkə elektrik enerjisi istehsalını zəngin qalıq və bərpa olunan enerji mənbələrinə proporsional şəkildə genişləndirə bilməyib. Ekspertlərin fikrincə, günəş və külək enerjisindən istifadə ölkədə elektrik enerjisi istehsalını artırmaqla yanaşı, həm də şəbəkənin şaxələndirilməsi, yeni iş yerlərinin yaradılması, enerji sisteminin karbon tutumunun azaldılması hesabına enerji təhlükəsizliyi səviyyəsini yüksəldə bilər. Lakin bunları reallaşdırmağa ölkənin imkanı yoxdur. O səbəbdən Azərbaycan və Rusiya ilə qeyd olunan istiqamətdə əməkdaşlıq olduqca əlverişli hesab olunur. 

Elektrik enerjisi ilə yanaşı, Azərbaycan Rusiya və İran arasında təbii qaz tranziti üçün də həlledici rola malikdir. Bu iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında imzalanan sazişdə də öz əksini tapıb. Bu kontekstdə Rusiyadan İrana təbii qaz kəmərinin çəkilişi ilə bağlı aparılan müzakirələr, əldə edilən razılıqlar xüsusi diqqət cəlb edib. Rusiyadan İrana təbii qaz daşıyacaq kəmərin Azərbaycandan keçməsi barədə razılıq əldə olunub. Rusiyanın energetika naziri Sergey Tsivilyev məsələ ilə əlaqədar bildirib: "Hazırda danışıqların yekun mərhələsindəyik – qiymətin təsdiqi üzərində işləyirik. Həcmlər artıq müəyyən edilib. Qiymət həmişə kommersiya məsələsidir, kompromis axtarışıdır, ona görə də hər iki tərəfdən işçi qrupları yaradılıb və mütəxəssislər qiymət müəyyənləşdirilməsinə yanaşma hazırlayır". Azərbaycan üzərindən Rusiya qazının İrana nəql həcminin kifayət qədər yüksək olacağı proqnozlaşdırılır. İranın hazırda Rusiya qazına böyük ehtiyacı var. Düzdür, ölkənin özü də qazla, neftlə olduqca zəngindir. Amma məsələ burasındadır ki, İranın qaz hasil edilən əsas yataqları ölkənin cənubunda, böyük istehlakçı kütləsi də şimalda yerləşir. Özü də İranın şimalı sərt iqlimə sahibdir və bu səbəbdən orada təbii qaza da tələbat yüksəkdir. Ölkənin cənubundan şimalına qaz nəqli yetərli həcmdə deyil və yeni infrastrukturun qurulması da   çox baha başa gəlir. İllərdir çoxsaylı sanksiyalardan əziyyət çəkən İranın belə yeni infrastruktur yaratması da indiki halda az qala mümkünsüz görünür. Elə bu səbəbdən İran şimal regionlarına digər mənbələrdən, o cümlədən Rusiyadan birbaşa qaz təchizatı və ya svop müqavilələr vasitəsilə "mavi yanacaq" idxalında maraqlıdır. Bütün bunlar onu göstərir ki, Azərbaycan vasitəsilə Rusiya qazını İrana daşıyacaq layihə genişmiqyaslı və strateji xarakterli olacaq. Rusiya prezidenti Vladimir Putinin sözlərinə görə, ilkin mərhələdə ölkəsindən İrana ildə 2 milyard kubmetr təbii qaz nəqlindən başlamaq məqsədəuyğun hesab olunur. Daha sonra bu həcmin ildə 55 milyard kubmetrə kimi  artırılması nəzərdə tutulur. Bütün bunlar tranzit ölkə kimi Azərbaycana çoxsaylı üstünlüklər qazandırır.  Hazırda Rusiya və İranın böyük ehtiyac duyduğu Şimal-Cənub dəhlizinin fəaliyyətində də Azərbaycan həlledici rola malikdir. Dəhlizlə bağlı  məsələ də Rusiya ilə İran arasında imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Sazişdə öz əksini tapıb. Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində dəniz, dəmir və avtomobil yolları ilə daşımalar həyata keçirmək mümkündür. Belə multimodal xarakterlə yanaşı, Şimal-Cənub dəhlizinin əhatə etdiyi coğrafiya da onun cəlbediciliyini artıran əsas faktorlardan biridir. Marşrut Hindistandan başlayaraq  Şimali Avropa, Mərkəzi Asiya, Cənubi Qafqaz, Rusiyaya kimi uzanır. Onunla daşımalar daha ucuz və daha az vaxta başa gəlir. Uzunluğu 7200 kilometr olan Şimal-Cənub marşrutu ilə daşınma üçün dəniz, çay və dəmir yolu nəqliyyatından istifadə olunur. Bu dəhliz Hindistandan Rusiyaya malların çatdırılma müddətini iki dəfə azaltmğa imkan verir. Süveyş kanalı ilə ənənəvi marşrut üzrə Mumbaydan Sankt-Peterburqa yüklərin tranzit müddəti 30 gündən 45 günə kimi çəkirsə, Şimal-Cənub dəhlizi boyunca bu müddət 15-24 gün arasında dəyişir.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ