2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində vergidən yayınma və digər hallar üzrə 637 cinayət işi başlanıb. Qurumun rəsmi məlumatına görə, hesabat dövründə 86 cinayət işinin icraatına xitam verilib, 88 nəfər barəsində 78 cinayət işi ittiham aktı tərtib edilərək Baş Prokurorluğa göndərilib. Cinayət işləri üzrə şübhəli şəxs qismində tutulmuş 19 nəfər şəxs barəsində həbs qətimkan tədbiri seçilib.İstintaqı tamamlanmış və bəraətverici əsaslar olmadan cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul edilmiş məlumatlar üzrə 14,9 milyon manat məbləğində vurulmuş ziyan dövlət büdcəsinə ödətdirilib.
Mətləb