Türkiyə ilə Azərbaycan arasında qaz sahəsində əməkdaşlığa dair hökumətlərarası Sazişin təsdiq edilməsi haqqında Qanun bu gün qüvvəyə minib. Bu sənədin mətni bu gün Türkiyə hökumətinin rəsmi qəzetində - “Resmi Gazete”də dərc olunub.
Türkiyə ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi məqsədi ilə iki qardaş ölkə arasında qaz sahəsində əməkdaşlığa dair hökumətlərarası Saziş 2024-cü il mayın 14-də İstanbulda imzalanıb.
Mətləb Salahov