çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

Ən yüksək maaş və pensiyanı hakimlər alır - yenə "sosial rifahdan" danışırlar...

Image


Bakıda Azərbaycan Hakimlərinin I Forumu keçirilib. AzərTAc-ın məlumatına görə, Forumda vurğulanan məsələlərdən biri hakimlərin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlıdır. Burda maraq doğuran nədir?

Azərbaycanda ən yüksək maaş alanların biri elə hakimlərdi, az qala deputatlar qədər maaş alırlar. Pensiyaya çıxanda ən yüksək pensiyanı da onlar alır. Qeyri-rəsmi gəlirlər də öz yerində. Bunların hansı sosial müdafiəsindən söhbət gedir? Belə məsələləri danışmağın, müzakirə etməyin özü belə indiki şəraitdə normal sayılmır. Əksinə, hakimlər ölkənin digər sahələrində işçilərin sosial müdafiəsinin yaxşılaşdırılması üçün qanunvericilik aktlarının təkmilləşdirilməsi ilə bağlı təkliflər verməlidirlər, nəinki özlərinin sosial vəziyyətlərinin yaxşılaşdlrılması ilə bağlı məsələ müzakirə edib onu aktuallaşdırsınlar. Bu doğrudan yolverilməz məsələdir. Özləri sosial təminat şəraitində yaşayırlar, istər işləyən hakimlər, istərsə də pensiyaya çıxan hakimlər, ölkədə nisbətən hamıdan yaxşı maaş və pensiya alan onlardı.

Hakimlərin öz sosial vəziyyətləri ilə bağlı məsələni gündəmə gətirmələri nə qədər düzgün məsələdir?

Ekspertlər hesab edir ki, hakimlər kifayət qədər sosial təminata malikdirlər və onlar hazırda başqa sahələrdə işləyənlərin sosial təminatının yaxşılaşdırılması üçün qanunvericilik bazasının təkmilləşdirilməsi yönümümdə təkliflər verməlidirlər, bunun əvəzində özlərini düşünmələri yaxşı hal deyil. Ekspertlər hesab edir ki, qanunvericilik sahəsində işləyən adamlar durub öz sosial vəziyyətlərini müzakirə edirlər. Bu isə düzgün yanaşma deyil.

Şəmsəddin Əliyev: “...Qanunun 19-cu fəslində hakimlərin maddi təminatı ilə bağlı maddələr var”

Hüquqşünas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, forumda məhkəmə praktikasında qanunun aliyinin təmin eidlməsi, məhkəmələrə etimadın möhkəmləndirilməsi, ədalət mühakiməsinin əlçatanlığı, insan hüquqlarının müdafiəsini təmin edən ən qabaqcıl standartların milli sistemlərə gətirilməsi barədə danışılıb. “Sonda hakimlərin sosial təminatlarının yaxşılaşdırılması məsələsinin də diqqət mərkəzində olması vurğulanıb. Mənim üçün burda önəm kəsb edən məhkəmələrə ehtimadın möhkəmləndirilməsidir, eyni zamanda insan hüquq və azadlıqlarının müdafiəsini təmin edən qabaqcıl standartların milli sistemlərə gətirilməsidir. Çox mühüm məsələdir. Çünki məhkəmələrə xalqın etimadı nə qədər yüksək olarsa o qədər ədalət mühakiməsinin uğurla həyata keçirilməsinə imkan verə bilər. Belə halda Avropa İnsan Haqları məhkəməsinə ölkəmizdən az müraciət göndəriləcək. Nəticədə Azərbaycan vətəndaşlarının o məhkəməyə müraciətləri üçün o dəhliz bir az da daralacaq, eyni zamanda da ölkənin büdcəsindən kifayət qədər vəsaitin ayrılması dayanacaq. Bu çox ciddi məsələdir. Düşünürəm ki, bu etimadın möhkəmləndirilməsi, ədalət mühakiməsinin əlçatanlığı, şəffalıq kifayət qədər məhkəmə hakimiyyətinə uğur gətirəcək”.

Hakimlərin sosial təminatının yaxşılaşdırılması ilə bağlı məsələyə gəlincə, Ş.Əliyev “Məlumat üçün deyim ki, məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanunun 19-cu fəslində hakimlərin maddi təminatı ilə bağlı maddələr var. Hakimlərin məzuniyyət müddəti, haqqı, onların mənzillə təmin edilməsi, sosial təminat məsələləri kifayət qədər burda göstərilib. Qanunda onların əməkhaqları, illik məzuniyyətlərindən istədikləri səviyyədə istifadə etmədikdə istifadə edilməmiş məzuniyyətə görə hakimlərə müəyyən olunmuş qaydada təzminat ödənilməsi məsələsi də var. Hesab edirəm ki, qanunda göstərilən maddi və sosial təminat məsələsi kifayət qədər özünü təsdiqləyir”.

Ş.Əliyev hesab edir ki, bu məsələ qanunvericiliklə tənzimləndiyi üçün əlavə şərhə ehtiyac yoxdur.

Elyar İslamoğlu: “Hakimlər uşaq pulunun verilməsi, az maaş alan şəxslərin maaşlarının qaldırılması, başqa sahələrdə çalışanların əməkhaqlarının artırılması ilə bağlı müzakirələr aparıb təkliflər verməlidir, amma biz bunun əksini görürük”.

Filologiya üzrə fəlsəfə doktoru, tanınmış ictimai fəal Elyar İslamoğlu “Bakı-Xəbər”ə bildirdi ki, hakimlərin birinci forumunda hakimlərin sosial təminatı ilə bağlı fikir bildirilməsi bir az gülüş doğuran hadisə oldu. “Çünki ən az maaş alan hakim 3 min manatdan yixarı maaş alır. Elə hakimlər də var ki, 5 min, 7 min manat maaş alırlar. Hətta bundan da çox maaş alan hakimlər var. Üstəlik, hakimlər pensiyaya çıxanda da ən azından 3-5 manat arası pensiya ilə təmin olunurlar. Hətta hər hansı bir hakim vəfat edərsə 200 min manat sosial sığorta ödənilir. Halbuki, bu məbləğ ölkənin ərazi bütövlüyü uğrunda canını qurban verən hərbiçilər üçün 11 min manatdır. Baxın, görün, az qala on dəfədən artıq bir miqdardır. Bu, təbii ki, yolverilməz haldır”.

E.İslamoğlunun fikrincə, məhkəmələrin də çoxunun qanunsuz qərar verməsinin səbəbkarı elə hakimlərdir, ölkədə korrupsiya halının olmasının da səbəbi bir çox hallarda hakimlər olur. “Çünki biz çox hallarda görürük ki, məhkəmələrdə rüşvət alıb düzgün qərar verməyən hakimlər var. Hətta bir neçə hakimin adı mətbuatda da rüşvətxorluqla bağlı hallanır. Hesab edirəm ki, hakimlər uşaq pulunun verilməsi, az maaş alan şəxslərin maaşlarının qaldırılması, başqa sahələrdə çalışanların əməkhaqlarının artırılması ilə bağlı müzakirələr aparıb təkliflər verməlidir, amma biz bunun əksini görürük. Ancaq təəssüflər olsun ki, digər yüksək vəzifəli şəxslərdə olduğu kimi hakimlər də yalnız özlərini düşünürlər. Görünür, aldıqları yüksək miqdarda məbləğ onları qane etmir. Bu gün hər hansı bir hakimə baxsaq görərik ki, həyat şəraiti yüksək səviyyədədir, çox bahalı maşın sürür, bahalı yaşayış tərzi var, bahalı villa sahibidir. Çox təəssüf ki, biz yenə də hakimlərdə ədalətli müzakirə görmədik”-deyə E.İslamoğlu bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ