ABŞ və Çin arasında "ticarət müharibəsi" yüksələn xətlə davam edir. Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp martın 4-dən Çindən gətirilən mallara əlavə 10 % tarif tətbiq etməyi planlaşdırdığını açıqlamışdı. Artıq bu bəyanara Çinin cavabı da gecikməyib. Çin Xalq Respublikasının Ticarət Nazirliyi Vaşinqtonun mart ayında Çin mallarına əlavə tariflər tətbiq etmək planlarına cavab olaraq bəyan edib ki, rəsmi Pekin öz qanuni hüquq və maraqlarını qorumaq üçün bütün lazımi əks tədbirləri görəcək. “Əgər ABŞ israr edərsə, Çin qanuni hüquq və maraqlarını qorumaq üçün bütün lazımi əks tədbirləri görəcək”- bəyanatda vurğulanıb. Belə görünür ki, D.Trampın Çin rəhbərliyi ilə səmərəli münasibətlər qurmasına baxmayaraq, bu iki ölkə arasındakı "ticarət müharibəsi" gedikcə şiddətlənməkdədir.
Mətləb Salahov