“Bp-Azərbaycan” şirkətinin meneceri Bağır Axundov “Şahdəniz” Kompressiya Layihəsinin ictimaiyyətə təqdimatı ilə əlaqədar keçirilən tədbirdə bir sıra məsələlər barədə danışıb. B. Axundov, “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformasından ilk qazın hasil olunacağı tarix barədə fikir söyləyib. O qeyd edib ki, layihə üzrə 2029-cu ilin ortalarında “Şahdəniz Alfa” platformasından və 2030-cu ilin ortalarında isə “Şahdəniz Bravo” platformasından ilk qazın hasilatı nəzərdə tutulub. Tikinti sahələrində quruda tikinti və istismara verilmə fəaliyyətinin əksəriyyətinin 2026-2028-ci illər arasında həyata keçiriləcəyi gözlənilir”, - deyə Bağır Axundov vurğulayıb.
Mətləb Salahov