"Ötən ildən maliyyə innovasiyalarının inkişafı məqsədilə Mərkəzi Bank xüsusi tənzimləmə rejiminin tətbiqinə başlayıb." Bu açıqlama ilə Mərkəzi Bank sədrinin müavini Toğrul Əliyev Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı çıxış edib. O bildirib ki, bu məqsədlə xüsusi tənzimləmə rejiminin internet resursu yaradılıb. SİTAT: "Artıq həmin resursda 21 müraciət qeydə alınıb, onlardan 4 innovativ məhsul meyarlara uyğun seçilərək xüsusi tənzimləmə rejiminə qəbul edilib. Hazırda bu innovativ məhsulların sınaqdan keçirilməsi davam etdirilir", - deyə Toğrul Əliyev vurğulayıb.
Mətləb Salahov