2020-ci ildə Azərbaycandan 1.1 milyard manat qanunsuz vəsaiti kim və necə çıxarıb...

Əkrəm Həsənov: “Azərbaycandan kənara valyuta çıxarılması iki yolla mümkündür...”

img

Hesablama Palatasının yaydığı məlumatda qeyd olunur ki, 2020-ci ildə Azərbaycandan xaricə 1,1 milyard manat ekvivalentində qanunsuz vəsait çıxarılıb.

Palatanın 2020-ci ildəki fəaliyyətinə dair hesabatında qeyd olunur ki, auditlə əhatə olunan dövrdə 7 (yeddi) rezident bank tərəfindən, ümumilikdə, ölkə ərazisindən kənara “müxbir hesaba göndəriş” adı altında manat ekvivalentində 1,1 milyard manat dəyərində xarici valyuta vəsaitləri (əsasən ABŞ dolları və avro ilə olan pul banknotları) ixrac olunub.

Maraqlıdır, ölkə iqtisadiyyatı üçün ağır dönəmdə xaricə 1,1 milyard manat ekvivalentində qanunsuz vəsait necə çıxarılıb?

  • ...çıxarılan pulun 40-60 faizinə qədər cərimə cəzasına məhkum edilə bilərlər”

İqtisadçı Əkrəm Həsənov bildirdi ki, Azərbaycanda kifayət qədər liberal valyuta rejimi mövcuddur: “Ölkədə xarici valyutanı sərbəst şəkildə alıb-satmaq olarsa, prinsipcə, onu sərbəst şəkildə kənara da çıxarmaq mümkündür. Amma, əlbəttə, mövcud qanunvericiliyin tələblərinə əməl etmək şərtilə”.

Həmsöhbətimiz qeyd etdi ki, Azərbaycandan kənara valyuta çıxarılması iki yolla mümkündür: nağd və bank köçürmələri yolu ilə: “Nağd çıxarılmaya gömrük orqanları, köçürmələrə banklar və Mərkəzi Bank nəzarət edir. Nağd çıxarılsaydı, buna nəzarəti gömrük orqanları etməliydi. Gömrük orqanlarında qeydiyyata alınmadığına görə belə demək olar ki, bu vəsaitlər qaçaqmalçılıqla çıxarılıb ölkədən. Qanunvericiliyə əsasən, bu yolla ölkədən çıxarılan vəsait xeyli miqdardadırsa, onda bu əməlin sahibləri 3 ilədək azadlıqdan məhrumetmə və çıxarılan pulun 40-60 faizinə qədər cərimə cəzasına məhkum edilə bilərlər”.

Günel CƏLİLOVA

Son xəbərlər