22/10/2020 13:16
728 x 90

Dünya Bankı Azərbaycana 10 ölkədən biri statusu verdi…

Fatimə Hacıbəyli: “COVID-19 pandemiyası ilə bağlı Azərbaycan səhiyyəsinin uğuru bir çox ölkə tərəfindən tətbiq edilir”

img

Dünya Bankının yeni dərc olunmuş İnsan Kapitalı İndeksində (İKİ) dünya ölkələrində insan kapitalının pandemiyadan əvvəlki vəziyyətinin qiymətləndirilməsinə dair hesabat yayıb. Hesabatda bir sıra indekslər üzrə məsələlər yer alıb.

Builki hesabatda 103 ölkənin 2010-2020-ci illər arasındakı dövrdə insan kapitalı sahəsində inkişafı təhlil olunub. Bildirilib ki, Azərbaycan səhiyyə və təhsil sahəsində ən çox irəliləyişə nail olmuş 10 ölkədən biridir: “Lakin COVID-19 pandemiyası və onun nəticəsində əmtəə bazarlarında baş vermiş təlatümlər bu günədək əldə edilmiş nailiyyətləri təhlükə altında qoyur. İctimai sağlamlığın qorunması məqsədilə tətbiq edilmiş pandemiya ilə bağlı məhdudiyyətlər səhiyyə və təhsil xidmətlərinin təmin edilməsini bir sıra çağırışlarla üz-üzə qoyur”.

Hesabata görə, Azərbaycanın İKİ göstəricisi 0,58-ə bərabərdir, yəni bugünki şəraitdə Azərbaycanda doğulmuş uşağın böyüdüyü zaman optimal sağlamlığa və tam təhsilə malik bir yetkin insanın məhsuldarlığının 58 faizinə nail olacağı gözlənir: “Bu, yuxarı-orta gəlirli ölkələr üzrə orta göstəricidən bir qədər yüksəkdir. Bununla belə, Azərbaycanda insanların məhsuldarlığı baxımından inkişaf üçün hələ yer var. Məsələn, regionun inkişaf etməkdə olan iqtisadiyyatlarını götürsək, bu gün Polşada anadan olan uşaq yetkin yaşa çatdıqda ideal məhsuldarlığın 75 faizinə nail ola biləcəyini gözləyə bilər”.

Təhsil sektorunda insan kapitalının inkişafı problemlərinin öhdəsindən gəlmək üçün Azərbaycanda uşaqların erkən təhsil proqramlarına cəlb olunmasının genişləndirilməsi və ali təhsilin aktuallığının yaxşılaşdırılmasının zəruriliyi qeyd edilib. Həmçinin, bildirilib ki, səhiyyə sahəsində sistemin xroniki xəstəliklərə reaksiyası gücləndirilməli və daha yaxşı səhiyyə xidmətlərini təmin etmək üçün maliyyə resurslarının səmərəliliyi yüksəldilməlidir. Sosial müdafiə və məşğulluq sahəsində ölkənin ən həssas təbəqələrini dəstəkləmək üçün sosial yardıma investisiyaları artırmaq və aktiv əmək bazarı proqramlarının əhatə dairəsini və miqyasını genişləndirmək lazımdır.

  • “…hökumətin prioritet hesab etdiyi sahələr çərçivəsində irəlilədiyini sübut edir”

Azərbaycanın səhiyyə və təhsil sahəsində ən çox irəliləyişə nail olmuş 10 ölkədən biri olması barədə fikir bildirən “Vəfa” Sosial-İctimai Birliyinin sədri Fatimə Hacıbəyli qeyd etdi ki, Azərbaycan daha ciddi nəticələr əldə etmək potensialına sahibdir: "Dünya Bankının hesabatında fərqli istiqamətlər üzrə nəticələr açıqlanıb. Bu kimi reytinq hesabatları mövcud vəziyyəti özündə əks etdirən bir göstəricidir. Hesabatda mövqeyimizin yaxşılaşması kifayət qədər vacib bir məsələdir. Azərbaycanın bu hesabatda müsbət mövqeyə malik olması hökumətin prioritet hesab etdiyi sahələr çərçivəsində irəlilədiyini sübut edir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, COVID-19 pandemiyası ilə bağlı Azərbaycan səhiyyəsinin uğuru bir çox ölkə tərəfindən tətbiq edilir. Ümumiyyətlə, koronavirusla mübarizədə Azərbaycanın göstərdiyi mübarizə əksər dünya ölkəsi tərəfindən xoş qarşılanır. Həmçinin, təhsil sahəsində də ölkəmizdə aparılan islahatlar beynəlxalq təşkilatların diqqətindədir.

Günel CƏLİLOVA

Son xəbərlər