01/11/2020 01:44
728 x 90

Kiçik marketlərdə ƏDV çeklərindən yayınma kütləvi haldır

Dövlət Vergi Xidməti: “…istehlakçıya kassa çeki mütləq şəkildə təqdim edilməlidir”

img

Azərbaycanda pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması prosesi davam edir. Bu sahədə tətbiq edilən mexanizmə əsasən, alınmış mallara görə ödənilmiş ƏDV istehlakçının portala müraciətinin daxil edildiyi tarixdən 30 gün müddətində müvəkkil bank tərəfindən qaytarılır.

Qeyd edək ki, Vergi Məcəlləsinə 1 yanvar 2019-cu ildən əlavə edilən 165.5-ci maddə ilə fiziki şəxs olan istehlakçıların pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin geri qaytarılması müəyyən edilib, həmin proseduru tənzimləyən müvafiq qaydalar isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 21 mart 2020-ci ildə təsdiq edilib. Qaydalara görə, qaytarılan ƏDV nağdsız ödənişlərin tərkibindəki ƏDV-nin 15 faizini, nağd ödənişlərdə isə 10 faizini təşkil edir. Bu gün supermarketlərdə ƏDV çekləri istehlakçılara verilir. Ancaq kiçik dükanlarda isə bu hal yaşanmır. İstehlakçılar alış-veriş edərkən bu hüquqlarının pozulmasından şikayətlənirlər.

Onu da bildirək ki, ƏDV ilə əlaqədar digər problem isə “edvgerial” saytından yığılan məbləğlə bağlıdır. Belə ki, bəzi vətəndaşlar bildirirlər ki, yığılan məbləği “Kapital Bank”ı çıxmaq şərtilə, hər hansı bank kartına yüklədikdə bir manat məbləğində komissiya haqqı tutulur. Bəs vergidən əlavə olunan ödənişdən vergi tutmaq nə dərəcədə doğrudur?

  • “…nağd qaydada vəsaitin çıxarılmasına görə 1% dərəcəsi ilə sadələşdirilmiş vergi tutulur”

Məsələ ilə bağlı Dövlət Vergi Xidmətinin münasibətini öyrənməyə çalışdıq. Qurumdan bildirdilər ki, Dövlət Vergi Xidmətinin qəti mövqeyi budur ki, istehlakçıya kassa çeki mütləq şəkildə təqdim edilməlidir.

Digər bankların yığılan məbləğdən komissiya haqqı tutmasına gəlincə, DVX-dən bildirildi ki, həmin kart hüquqi və ya fiziki şəxsə məxsusdursa, hüquqi şəxs və fərdi sahibkarların kart hesablarından nağd qaydada vəsaitin çıxarılmasına görə 1% dərəcəsi ilə sadələşdirilmiş vergi tutulur.

Günel CƏLİLOVA

Son xəbərlər