çərşənbə günü, 14 oktyabr 2026
     

Azərbaycan dünya iqtisadiyyatında ən əlverişli mövqe sahiblərindən birinə çevrildi

Image


Dünya iqtisadiyyatı hələ də koronavirusdan ciddi əziyyət çəkməkdədir. Qlobal iqtisadiyyatın kiçilməsi, ticarət əlaqələrinin zəifləməsi ayrı-ayrı dövlətlərə müxtəlif formada təsir edir. Hesablamalara görə, problem hələ müəyyən müddət davam edəcək. Ümumiyyətlə, ilkin qiymətləndirmələrə əsasən, koronavirusun yayılması səbəbindən dünya iqtisadiyyatına dəyən ümumi zərər 2 il ərzində 5 trilyon dollardan çox olacaq.

Ekspertlər səviyyəsində qiymətləndirmələrə əsasən, dünya ötən əsrin 30-cu illərindən bəri sülh şəraitində ən dərin tənəzzül dövrünə daxil olur. “Citigroup” bankının baş iqtisadçısı Ketrin Manın fikrincə, qlobal iqtisadiyyata vurulan zərər bu fonda 5 trilyon dolları keçəcək. “JPMorgan Chase” bankının mütəxəssisləri bu göstəricinin 5,5 trilyon  dollar səviyyəsində olacağını düşünür. Onların fikrincə, inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül 2008-2009-cu və 1974-1975-ci illərdə qeydə alınan səviyyədə olacaq. Dünya Bankının da, başda ABŞ olmaqla, ayrı-ayrı ölkələrlə əlaqədar ÜDM istehsalı üzrə irəli sürdüyü proqnozlar olduqca bədbindir. Bir çox ölkələrdə ÜDM-in 5-9%-ə qədər azalacağı haqqında Dünya Bankının proqnozları var. Amma bəzi ölkələrdə bu daha çoxdur. Artıq ilin ilk yarısında ABŞ iqtisadiyyatı 10%-ə qədər kiçilib. Yaponiyada bu göstərici 27 faizdir. Avropada da vəziyyət yaxşı deyil. Bu ilin 6 ayının yekunlarına əsasən, avrozonada ÜDM-də olan azalma ikirəqəmli, yəni 12 %-dir. Azərbaycanla da bağlı vəziyyət maraqlıdır. Koronavirus pandemiyasının yayılması, bir çox ölkələr kimi, Azərbaycanda da iqtisadiyyata ciddi təsir edib. Ölkədəki bir sıra fəaliyyət sahələri qismən və yaxud tamamilə məhdudlaşdırılıb, xarici səfərlər dayandırılıb və xarici ticarət əlaqələri zəifləyib. Burada xatırladaq ki, ölkəmizdə 2015-2016-cı illərdə dünya bazarındakı neftin ucuzlaşması ilə yaranmış dərin böhrandan sonra 2017-ci ildən bəri makroiqtisadi sabitləşmə və dirçəlmə müşahidə edilirdi. Bu, 2018-ci ildə davam etdi. 2019-cu il isə Azərbaycan iqtisadiyyatı üçün böyük islahatlar ili kimi yadda qaldı. Vergi Məcəlləsinə böyük dəyişikliklər edildi, sosial sahədə ciddi islahatlar aparıldı, paket şəklində böyük addımlar atıldı, dövlət büdcəsinə gömrük və vergi orqanlarının xətti ilə bir milyarddan artıq əlavə vəsait yığıldı. Bu tendensiyanın 2020-ci ildə də davam edəcəyi nəzərdə tutulurdu və buna inam kifayət qədər yüksək idi. Hətta ilin ilk rübünün iqtisadi göstəriciləri illik müqayisədə olduqca qənaətbəxş idi. Lakin pandemiya ilə əlaqədar tətbiq edilmiş bir sıra məhdudiyyətlər ölkə iqtisadiyyatına zərbə vurdu. 2020-ci ilin birinci yarısının yekunlarında ümumdaxili məhsulda  2,7 % azalma qeydə alındı. Amma digər dünya ölkələri ilə müqayisədə bu, məqbul sayılır. Bu, pandemiyanın təsirlərinə Azərbaycan hökumətinin çevik reaksiya verməsi, iqtisadi paket çərçivəsində sahibkarların və muzdlu vətəndaşlarımızın dəstəklənməsi, eləcə də pandemiyanın davam edən aylarında və postpandemiya dövründə sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi nəticəsində reallaşdı. Artıq sahibkarlar iqtisadi paket çərçivəsində həm güzəştli vergi, həm də güzəştli kredit paketlərindən faydalana bilir. Digər tərəfdən, real göstəricilər də Azərbaycanın əlverişli mövqedə olduğunu göstərir. Məsələn, Mərkəzi Bankın məlumatına əsasən, cari ilin birinci yarısı üzrə xarici ticarət dövriyyəsi 11,9 milyard dollar təşkil edib. Hesabat dövründə neft-qaz sektoru üzrə 5,4 milyard dollarlıq profisit qeyri-neft sektoru üzrə 3,1 milyard dollarlıq kəsiri bağlayıb və nəticədə xarici ticarət balansında 2,3 milyard dollarlıq profisit yaranıb. Bu müddətdə Azərbaycanın dünyanın 167 dövləti ilə ticarət əlaqələri olub. Xarici ticarətin 16 faizi MDB üzvü olan dövlətlərin, 84 faizi isə digər xarici dövlətlərin payına düşür.

Digər tərəfdən, bu ilin 6 ayıda ölkənin xalis maliyyə aktivləri 803,1 milyon dollar artıb. Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar, portfel investisiyaları və digər investisiyalar hesabına formalaşıb. Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 145,6 milyon dollar artıb ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar, neft bonusu, digər investisiyalar hesabına formalaşıb. Yeri gəlmişkən qeyd edək ki, cari ilin 6 ayında birbaşa investisiyalar formasında xaricdən cəlb edilmiş sərmayənin ümumi məbləği 2,1 milyard dollar olub. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 84,4 faiz təşkil edib. Qiymətləndirmələrə görə, qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 328,6 milyon dollar olub. Bu göstəricilər bir daha Azərbaycanın iqtisadi müstəvidə digər ölkələrlə müqayisədə əlverişli mövqedə olduğunu təsdiqləyir. Bütövlükdə, 2020-ci ilin geridə qalan aylarının yekunları göstərir ki, Azərbaycan pandemiyaya çevik reaksiya verən ölkələrdən biri olaraq ötən dövrdə iqtisadiyyatdakı dayanıqlılığı qoruyub saxlamağa çalışdı və buna nail oldu. Belə vəziyyət postpandemiya dövründə Azərbaycan iqtisadiyyatının bərpa edilmə müddətinin də qısa bir dövrü əhatə edəcəyini göstərir.

Ramil QULİYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ