şənbə günü, 31 oktyabr 2026
     

Məşhur bank neftlə bağlı çox bədbin proqnoz verdi

Image


Neftlə bağlı son proseslər hələ də bu istiqamət üzrə bazarda hasilatçılar üçün xoşagəlməz vəziyyətin yarandığını göstərir. Məhz belə bir vaxtda Amerikanın qabaqcıl sərmayə banklarından olan "Goldman Sachs Group" neft qiymətlərinə dair proqnozlarını aşağı salıb. Bank 2015-ci ilin birinci rübündə Brent nefti ilə bağlı qiymət proqnozunu 100 dollardan 85 dollara, ABŞ xam neftinə dair təxminini isə 90 dollardan 75 dollara endirib.
Bankın proqnozuna görə, gələn il Şimali Amerika hüdudlarından kənarda yerləşən ölkələrdə neft hasilatı artacaq. Analitiklərin fikrincə, Səudiyyə Ərəbistanının, Braziliyanın, Şimali Amerikanın, eləcə də Azərbaycanın hasilatı artırması 2015-ci ildə bazarda təklifi yüksəldəcək. Nəticədə dünya bazarında neftə olan tələb təklifdən geri qalacaq, bu da qiymətlərin daha da ucuzlaşmasına səbəb olacaq.
Proqnozlara görə, son iki ayda başlamış ucuzlaşma tendensiyası davam edəcək. "Newedge Group"dan analitik Kena Haseqava deyib ki, OPEK hasilatı azaltmaq barədə qərar qəbul etməyənə qədər qiymətlər aşağı enməkdə davam edəcək. Onun fikrincə, dünya bazarlarında qiymətlərin necə dəyişəcəyi OPEK-in gələn ay keçiriləcək toplantısında qəbul edilən qərarlardan asılı olacaq. OPEK isə Səudiyyə Ərəbistanına görə hasilatla bağlı hələ dəqiq qərar qəbul edə bilmir. Belə ki, Səudiyyə Ərəbistanı bazarda mövqeyini saxlamaq üçün hasilatı azaltmaq niyyətinin olmadığını açıqlayıb. Ötən ay dünyanın iri neft ixracatçısı olan Səudiyyə Ərəbistanı bazarda öz yerini qoruyub saxlamaq üçün hasilatı 0,5 faiz artıraraq gündə 9,65 milyon barrelə çatdırıb. ABŞ-ın neft istehsalını artırması da qiymətlərə öz təsirini göstərir. Birləşmiş Ştatların Energetika Nazirliyinin məlumatına görə, hasilat 2011-ci ildən bəri 47 faiz artaraq sutkada 5,7 milyon barreldən 8,4 milyon barrelə çatıb. Bu artımın 2020-ci ildə pik həddə çatacağı və sutkada 9,6 milyon barrel olacağı ehtimal edilir ki, bu da ABŞ-ı qlobal neft ixracatçısına çevirəcək. Təbii ki, neftin gələn il ərzində də qiymətdən düşməsi ölkəmiz üçün problem yarada bilər. Xatırladaq ki, gələn il üçün neftin bir barrelinin qiyməti Azərbaycan dövlət büdcəsində 90 dollardan götürülüb.
Millət vəkili Vahid Əhmədov da 2015-ci il üçün dövlət büdcəsi ilə bağlı layihələr barədə açıqlama verərkən qeyd edib ki, əsas məsələlərdən biri neftin qiyməti ilə bağlıdır. Vahid Əhmədov bildirib ki, neftin qiyməti 90 dollar nəzərdə tutulsa da, 2015-ci il üçün 80 dollar səviyyəsində götürülsə, daha yaxşı olar:
"Büdcədə əlavə vəsait yaradılarsa, qiymətin 90 dollar olmasına baxmaq olar. Ümumi götürdükdə, büdcənin göstəriciləri müsbətdir. Dövlət Neft Fondundan 10.3 milyard transfer var, bu da büdcənin təxminən 51 faizini təşkil edir. 2015-ci il üçün dövlət büdcəsində sosial layihələr yerinə yetirilərsə, heç bir problem və sıxıntı olmayacaq; hesab edirəm ki, yetiriləcək də. Çünki 53 milyard dollarlıq ehtiyat fondumuz var. Ancaq yenə də neftin qiyməti ilə bağlı ehtiyatlı davranmaq lazımdır". Millət vəkili "axar" portalına açıqlamasında neftlə bağlı digər məqamlara da toxunub: "Noyabrın 16-17-də Milli Məclisin plenar iclasında təkliflərimiz neftin qiyməti, ipoteka kreditləri, bizim seçildiyimiz dairələrlə əlaqədar yaranan bir neçə problemlə bağlı məsələlər olacaq".
Hələlik isə, qeyd olunduğu kimi, neft ucuzlaşmaqda davam edir. Əksər analitiklər qiymətlərin aşağı düşməsini neftin böyük həcmdə istehsalı ilə izah edir. Hazırda sutkada 29,5 milyon barrel neft istehsal edən OPEK gələn il tələbatın sutkada 1,19 milyon barrel artacağını, bununla yanaşı, hasilatın 300 min barrel azalacağını proqnozlaşdırır. Lakin enerji balansında proqnozlaşdırma problemləri də yaşanır. Bu, əsasən Liviya, İraq və İranda istehsalın qiymətləndirilməsində yaranan çətinliklərlə bağlıdır. Liviya hökuməti neft istehsalının sutkada 800 min barrelə çatdığını bildirsə də, bəzi yataqlar hərbi əməliyyatlar səbəbindən təhlükə altındadır. Səudiyyə Ərəbistanının əsas rol oynadığı OPEK-ə daxil olan bu üç ölkə ümumilikdə sutkada 7 milyon barrel neft istehsal edir. Buna görə də həmin ölkələrin istehsal həcmindəki dəyişikliklər dünya neft bazarına əhəmiyyətli dərəcədə təsir edə bilər. Liviya və İraqda müharibənin nə qədər davam edəcəyini, Qərblə İran arasında münasibətlərin necə dəyişəcəyini qabaqcadan demək çətindir. Sanksiyaların mümkün zəifləməsi İranın daha çox neft ixrac etməsinə şərait yarada, bu da mövcud balansı poza və qiymətlərin kəskin azalmasına gətirib çıxara bilər. Hər halda, neftlə bağlı çox gərgin vəziyyət hökm sürür. Bu mənada hesab olunur ki, Azərbaycan istənilən prosesə hazır olmalıdır.







VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ