16/12/2019 01:56
728 x 90

“Qala” taekvondo klubunun 14 illiyinə həsr edilən klublararası yoldaşlıq görüşü keçirilib - FOTO

img

Noyabrın 17-də “Qala” taekvondo klubunun yaranmasının 14-cü ildönümü münasibətilə taekvondo klubları idmançıları arasında yoldaşlıq görüşü keçirilib.

“Qala”nın yaradılmasına həsr edilən turnirdə Tovuz, Masallı, “Gömrükçü”, Sumqayıt və “Qala” taekvondo klublarının uşaq və yeniyetmə idmançıları tatami üzərinə çıxıblar. Yoldaşlıq görüşündə “Qala” klubunun idmançıları 8 qızıl, 10 gümüş, 6 bürünc medal qazanıblar.

İdmançıların məşqçiləri “Qala” taekvondo klubunun rəhbəri, Əməkdar məşqçi Ramil Həsənov və tanınmış idman ustası Fatma Əliyevadır. 

İradə SARIYEVA

Son xəbərlər