19/10/2019 22:33
728 x 90

“Qala” taekvondo klubunun komandasının yeni uğuru - 5 qızıl, 1 bürünc medal... - FOTO

img

5-6 oktyabr 2019-cu il tarixlərində Masallı şəhərində Müstəqillik Gününə həsr olunmuş Masallı açıq birinciliyində “Qala” taekvondo klubunun komandası da iştirak edib. 7 nəfərlik heyətlə Masallıya yola düşən komanda üzvləri yarışda böyük nəticə göstəriblər.

“Qala” taekvondo klubunun rəhbəri, 4-cü dan qara kəmər, respublikanın əməkdar məşqçisi Ramil Həsənov “Bakı-Xəbər”ə bildirdi ki, gərginlik şəraitində keçən turnirdə respublikanın bir sıra taekvondo klublarının təmsilçiləri iştirak ediblər. Yetirmələrinin nəticələrindən razı qalan R.Həsənovun bildirdiyinə görə, yetirmələri bu dəfə də etimadını doğruldublar.

R.Həsənov qeyd etdi ki, Müstəqillik Gününə həsr olunmuş Masallı açıq birinciliyində “Qala” taekvondo klubunun 5 idmançısı qızıl, 1 idmançısı isə bürünc medala layiq görülüb.

Turnirdə klubun idmançıları Mircəfər Cabbarov, Mirnadir Cabbarov, Aydın Nəbiyev, Nizami Ələkbərli və Əsgər Həsən 1-ci, Hüseyn Səfərli isə III yeri tutublar.

Qeyd edək ki, idmançıların məşqçiləri respublikanın əməkdar məşqçisi Ramil Həsənov və tanınmış idman ustası Fatma Əliyevadır.

İradə SARIYEVA 

Son xəbərlər