07/12/2019 15:29
728 x 90

Rövşən Veysəlov İdman Klubunun möhtəşəm uğuru... - FOTO

Komanda Bakı Kubokundan 9 medal qazandı

img

Bakıda Kontakt Ciu-Citsu və Braziliya Ciu-Citsu (NE WAZA) Gİ və NoGi idman növləri üzrə Bakı Kuboku keçirilib.

Oktyabrın 4-6-da keçirilən kubok üzrə Rövşən Veysəlov adına İdman Klubunun yetirmələrindən ibarət komanda kubokun 9 medalını qazanaraq qalib gəlib. Klub yetirmələri yarışda 2 qızıl, 4 gümüş və 3 bürünc medal qazanıb.
Klub üzvləri Vüsal Sultanov və İbrahim Sadıqov yarışda bütün rəqiblərini yenərək komandaya 2 qızıl medal qazanıb və kubokun qalibi olub.
Kubok uğrunda yarışa qatılan komandanın digər yetirmələri - Hüseyn Məhərrəmov, Kamil Sadıqov, Hacı Mikayılov və Əli Babazadə gümüş medalla kubok ikincisi, Abdulrahman Abdullayev, Əli Cəfərov və Şamil Saatov isə bürünc medalla 3-cü yerə yüksəliblər.

Son xəbərlər