Bir müddət əvvəl FIFA Etika Komitəsi tərəfindən 90 gün müddətinə qurumun prezidentliyindən uzaqlaşdırılan Zepp Blatter şok açıqlamalarla yenidən gündəmə gəlib. Baki-xeber.com xəbər verir ki, Rusiya mediasına açıqlama verən Blatter bildirib ki, ABŞ 2022-ci il mundialına ev sahibliyi marafonunu qazanmış olsa idi FIFA-dakı problemləri gündəmə gətirməyəcəkdi.
Zepp Blatter Dünya Çempionatı-2022 ilə əlaqədar səsvermədən əvvəl ev sahibliyinin ABŞ-a verilməsi ilə bağlı pərdə arxasında razılaşmaların olduğunu, ancaq yuxarıdan edilən müdaxilə ilə razılaşmanın Qətərin lehinə pozulduğunu deyib.
Blatter 2010-cu ildə reallaşan səsvermə əməliyyatından əvvəlində o dövrdə Fransa prezidenti olan Nikola Sarkozi ilə UEFA prezidenti Mişel Platini və Qətərin keçmiş şahzadəsi Hamad bin Xəlifə əl Tani arasında görüş olduğunu və bu görüşün nəticəsində ev sahibliyinin ABŞ-a verilməsi ilə bağlı əldə hazırlanan planın pozulduğunu bildirib: "2010-cu ildə biz (22 nəfərdən ibarət FIFA İcra Komitəsi) bir iki qərar verdik və 2018-ci ildə Rusiyaya, 2022-ci ildə ev sahibliyinin ABŞ-a verilməsilə bağlı razılaşdıq. Ancaq hər şey Sarkozi və hazırda Qətər əmiri olan şahzadə arasındakı görüşdən sonra dəyişdi. Bundan sonra dörd Avropa səsi ABŞ-dan alındı və nəticə 14-8 oldu. O səslər getməsəydi 12-10 ABŞ-ın lehinə olacaqdı".
Ancaq Blatter kimlərin səslərini dəyişdiyini açıqlamayıb.
Blatter daha sonar bildirib: "Əgər DÇ-2022 üçün ABŞ ev sahibliyini qazansaydı, indi FIFA-dakı hər hansı bir problemdən deyil, Rusiyadakı DÇ-2018-dən danışacaqdıq".