İnşaat sahəsində böyük beynəlxalq nüfuza malik "Engineering News Record” jurnalı (ENR) dünya miqyasında ilin ən yaxşı layihələrinin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Bakı Olimpiya Stadionu bu baxımdan seçilib.
Belə ki, bu ilin martında Bakı-2015 I Avropa Oyunları ərəfəsində istifadəyə verilən Bakı Olimpiya Stadionu idman qurğuları kateqoriyasında ilin ən yaxşı layihəsi elan olunub. Layihə müsabiqəyə "Thornton Tomasetti” şirkəti tərəfindən təqdim edilib.