Cümə axşamı günü, 26 noyabr 2026
     

İlk Avropa Oyunlarının məşəli Salyan və Neftçalada böyük təntənə ilə qarşılandı

Image


"Bakı-2015" birinci Avropa Oyunları məşəlinin növbəti dayanacağı Salyan rayonu olub. Mayın 4-də birinci Avropa Oyunlarının məşəli Cəlilabaddan Salyana gətirilib. "Trend"in məlumatına görə, bu münasibətlə Salyan şəhərinin giriş qapısında təşkil olunan mərasimdə məşəl estafetinin iştirakçılarını yüzlərlə rayon sakini böyük coşqu ilə qarşılayıb.
Birinci Avropa Oyunlarının rəmzi qapısında kikboksinq üzrə məşqçi Rahil İsgəndərov Olimpiya məşəlini qəbul etdikdən sonra yürüşə start verilib. Məşəli növbə ilə bir-birinə ötürən on məşəlçi birinci Avropa Oyunlarının rəmzi qapısından başlayaraq 3,2 kilometr məsafə qət ediblər. Salyan şəhərinin Heydər Əliyev, Xəlil Rza, Yusif Qasımov, Aslan Hüseynov, Səməd Vurğun, Məmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Təbriz Xəlilbəyli küçələri ilə hərəkət edən idmançılar məşəli Heydər Əliyev parkına gətiriblər.
Birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları meydana toplaşanlar hərarətlə alqışlayıb.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun tələbəsi Cavid Quliyev səhnəyə qalxaraq birinci Avropa Oyunlarının məşəlini alovlandırıb.
Salyan şəhər 1 nömrəli məktəb-liseyin şagirdi Zərxanım Ağabəyova yandırdığı ilk Avropa Oyunlarının çırağını yarışlar başa çatanadək saxlanması üçün Heydər Əliyev Mərkəzinə təhvil verib.
Mərasimdə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Birinci Avropa Oyunlarının məşəli günün ikinci yarısında Salyandan Neftçalaya yola salınıb.
Bakı-2015 Avropa Oyunlarının məşəli Salyandan Neftçalaya ötürülüb. Azərbaycanın ən böyük çayı Kürün Xəzər dənizinə töküldüyü ərazidə yerləşən rayona axşama doğru yetişən məşəl sevinclə qarşılanıb. Cənub-şərqi Şirvan və Salyan düzü, qismən Muğan düzündə, dəniz səviyyəsindən 22 m aşağıda yerləşən, adının mənası "Neftli çala" olan Neftçalada səsinin ahənginə görə sevilən müğənni Anatollu Qəniyev və xalq şairi Xəlil Rza Ulutürk kimi insanlar dünyaya göz açıblar. Uşaq-gənclər idmanının sistemli inkişaf etdirildiyi 20 il ərzində rayondan boks, güləş, ağırlıqqaldırma kimi aparıcı idman növlərində ölkədaxili və beynəlxalq yarışların qalib və mükafatçıları yetişib.
Şəhər mərkəzində təşkil olunmuş yürüşü Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı fiziki sağlamlığını itirmiş mədəniyyət işçisi Ceyhun Mehdiyev başlayıb. Mirzə Ələkbər Sabir küçəsi və Heydər Əliyev prospekti boyunca qət edilən 4 km-ə yaxın yol boyunca bədən tərbiyəsi müəllimi Ülkər İbrahimova, məktəbli Səyyarə Səmədzadə, mədəniyyət işçisi Kamran Əsədov, boks üzrə gənclər arasında ölkə çempionatının qalibi Elmar Abbasov və finalçısı Həsənağa Həsənov, boks məşqçisi Xəyal Mustafayev, "Neftçala" FK-nın məşqçiləri Mehman İbrahimov, Fəxrəddin Mürvətov məşəli növbə ilə daşıyıblar.
Bu mərasimdə Bakı-2015-in ulduz elçiləri, sevilən aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimovun da iştirak etməsi mərasimi izləməyə toplaşmış çoxsaylı Neftçala sakinlərinin xüsusi coşğusuna səbəb olub. Son məşəlçi, futbol məşqçisi Dilavər Yaqubov Bayraq meydanına gətirərək səhnəyə qalxıb. Burada yandırılmış və coğrafya fənni üzrə respublika olimpiadasının qızıl medalçısı İlham Səmədovun ictimaiyyətə təqdim etdiyi çıraq Oyunların sonuna qədər şəhərə hədiyyə edilib.
Bayraq meydanında keçirilən təntənəli qarşılanma mərasimi zamanı rayon sakinləri qonaqlarla, xüsusən də Bakı-2015-in ulduz elçiləri Coşqun Rəhimov və Rafael İsgəndərovla səmimi söhbət edərək, Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsindən məmnunluqlarını ifadə ediblər və idmançılarımıza uğurlar arzulayıblar.
Məşəl yürüşündə iştirak etmiş veteran futbolçu, hazırda Neftçalanın eyniadlı klubunda məşqçi kimi çalışan Mehman İbrahimov estafetlə bağlı təəssüratlarını bölüşüb: "Birinci Avropa Oyunlarının ən mühüm mərasimlərindən birinin iştirakçısı olduğum üçün sevincim hədsizdir. Bu etimada görə təşəkkür edirəm. Tarixdə yerini alacaq Oyunların idmanımızda xüsusi yeri olacaq və həmişə xatırlanacaq. Bu anların, bir xoş xatirə kimi, mənim də həyatımda xüsusi izi qalacaq. Məşəl estafetinin layiqincə, gurultu ilə qarşıladıqları üçün bütün həmyerlilərimə minnətdaram və onları bu bayram münasibətilə təbrik edirəm. Avropa Oyunlarında isə idmançılarımızın hər birinə uğurlar arzulayır və onlardan qələbələr, ən əsası, layiqli çıxış gözləyirəm".
Daha sonra məşəl Azərbaycanın balıqçılıq və kürü sənayesinin aparıcı müəssisəsi olan məşhur nərə təsərrüfatına aparılıb. Kür çayı sahilində salınmış yeni Bayraq meydanında ecazkar axşam mənzərələri seyr edilib, yelkən səyahətinə çıxılıb.
Xəzər dənizində palçıq vulkanları nəticəsində formalaşmış Kür daşı adası ilə də diqqət çəkən Neftçalada başa çatan estafet günü mayın 5-də Şirvan və Hacıqabulla davam etdiriləcək.
Alovun səyahəti barədə az.baku2015.com/Flame veb səhifəsindən ətraflı məlumat almaq olar.
Xatırladaq ki, "Bakı-2015" birinci Avropa Oyunlarının məşəl səyahətinə mindən çox məşəlçi cəlb olunub. İyunun 10-u məşəl proqramının son günü olacaq və məşəl Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək.
İyunun 12-28-də idmanın 20 növü üzrə keçiriləcək ilk Avropa Oyunlarında Avropanın 50 ölkəsindən altı mindən çox atlet 253 dəst medal uğrunda mübarizə aparacaq.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ