O bildirib ki, bu Oyunlar Azərbaycanı dünyanın bir çox ölkələri ilə daha da yaxınlaşdıracaq və ölkənin nüfuzunu qaldıracaq: "Məlum olduğu kimi Oyunlarda 6 minə qədər idmançı iştirak edəcək. Təbii ki, idmançlarla yanaşı on minlərlə azarkeş də Azərbaycana gələcək. Bu insanlar burada Azərbaycan haqqında geniş məlumat əldə edəcəklər və öz ölkələrinə qayıdanda bütün bunları yaxınlarına, dostlarına danışacaqlar. Təbii ki, bütün bunlar Azərbaycana turist marağını artıracaq, ölkə iqtisadiyyatı bundan xeyli fayda götürəcək”.
J.Engelbreçt vurğulayıb ki, Azərbaycan bu Oyunlara ev sahibliyi etməklə dünyada sülhün və sabitliyin bərqərar olmasına böyük bir töhfə vermiş olur: